Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Bakı Elektroştamp”ın rəhbər heyəti tam dəyişdiriləcək – İCRA MƏMURU YIĞINCAQ ÇAĞIRDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bakı Elektroştamp”ın rəhbər heyəti tam dəyişdiriləcək – İCRA MƏMURU YIĞINCAQ ÇAĞIRDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

10 aprel 2019-cu il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 7 nömrəli ünvanda yerləşən“Bakı Elektroştamp” ASC-nin inzibati binasında səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

 

“Marja” xəbər verir ki, Bakı şəhəri, Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmuru E.Qəmbərov mətbuatda elan dərc etdirib.

 

Elanda qeyd edilir ki, Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

- İdarə heyətinin sədrinin tutduğu vəzifədən azad edilməsi.

- İdarə heyətinin üzvlərinin tutduğu vəzifədən azad edilməsi

-Müşahidə (direktorlar) şurasının sədrinin və üzvlərinin tutduğu vəzifədən azad edilməsi.

- Təftiş komissiyasının (müfəttişin) üzvlərinin tutduğu vəzifədən azad edilməsi.

-Cəmiyyətin yeni Müşahidə (direktorlar) şurasının sədrinin və üzvlərinin seçilməsi.

-Cəmiyyətin yeni İdarə heyətinin sədrinin seçilməsi.

- Cəmiyyətin İdarə heyətinin üzvlərinin seçilməsi.

-Cəmiyyətin yeni təftiş komissiyasının (müfəttişin) seçilməsi;

- Audit yoxlamasının keçirilməsi.

- Müşahidə Şurası, İdarə Heyəti və Maliyyə-Təftiş Komissiyası haqqında Əsasnamələrin təsdiq edilməsi.

-Cəmiyyətin İcra orqanının səlahiyyətlərinin kənar idarəçiyə verilməsi və bununla əlaqədar Müşahidə Şurasına müvafiq səlahiyyətlər verilməsi.

 

Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 18.00-dək, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 44 nömrəli ünvanda, Nərimanov Rayon İcra və Probasiya şöbəsinə müraciət etməklə tanış ola bilərlər. Yığıncaqda iştirak etmək xahiş olunur.

 

“Bakı Elektroştamp” Zülfüqarlı qardaşlarına məxsus idi.

01.03.2019 04:45

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ