Fed/Powell: Martda faizin artırılması üçün ortaq fikir formalaşıb

Fed-in idarə heyətinin üzvü Jerome Powell, ABŞ Mərkəzi Bankının Mart ayındakı iclasında, faizi artırmaq üçün ortaq fikirin yarandığını deyib və faizin tezliklə artırılacağına işarə edən Fed rəsmilərinə qoşulub.


 
"Marja" xəbər verir ki, Pauell, Cümə günü CNBC-yə verdiyi müsahibədə, "Çox uzun bir zamandan sonra, hədəflərimizə olduqca yaxın bir vəziyyətdəyik. Mart ayında faiz artırmaq üçün fikirlər bir araya gəlib və bu məsələnin masada olacağını düşünürəm" şəklində bildirib.


 
Powell, hazırda bu il üçün üç dəfə faiz artırmağı məqsədəuyğun olaraq gördüyünü, ancaq bu vəziyyətin, iqtisadiyyatdakı şərtlər ilə birlikdə dəyişə biləcəyini deyib.  

 

Fed-in siyasəti müəyyən edən orqanı - Federal Açıq Bazar Komitəsi (FOMC) 14-15 Martda Vaşinqtonda toplaşacaq. İnvestorlar bu iclasda, Nyu-York Fed sədri William Dudley-in və Fed üzvü Lael Brainard-ın bu həftə faizin yaxında artırılmasına hazır olduqlarını göstərmələrindən sonra, faizin artırılacağını gözləyirlər.


 
Sürətlənən inflyasiya, güclü əmək bazarı, maaşlarda yeni başlayan artımlar və nisbi olaraq müsbət beynəlxalq vəziyyət, Fed rəsmilərinə bu il faiz artırmaları üçün inam yaradır. Fed, 2017-ci ildə üç faiz artırımı gözləyir. 

3 Mart 2017 , 08:43   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin