Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Bakıda fermerlərdən yer pulu alınmayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda fermerlərdən yer pulu alınmayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Fermerlər öz məhsullarını yer pulu ödəmədən “Dövlət Aqrar Ticarət Şirkəti”nın təşkil edəcəyi Novruz yarmarkalarında sata bilərlər".

 

“Marja”nın məlumatına görə, bunu şirkətin direktoru Leyla Məmmədova bildirib.

 

Onun sözlərinə görə, "Kənddən Şəhərə" Novruz yarmarkası martın 2-dən etibarən Bakıda 4 ünvanda fəaliyyətə başlayacaqdır. Yarmarkalar həftə sonları və bayram ərəfəsində fəaliyyət göstərəcəkdir.

 

FERMERLƏRDƏN YER PULU ALINMAYACAQ

 

Leyla Məmmədova qeyd edib ki, yarmarkalar Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə keçirilir:

 

“Bizə müaraciət edən fermerlər yer pulu ödəmədən öz məhsullarını sata biləcəklər. Yer pulunun alınmaması qiymətlərin sərfəli olmasına zəmin yaradır. Çalışırıq ki, qiymətlər münasib olsun və insanlar bayram alış-verişlərini rahat etsinlər. Yarmarkalarda 200-dən artıq fermerin və yerli qida məhsuları istehsalçılarının iştirak edəcəyi gözlənilir”.

 

Bu il Xəzər rayonunda fəaliyyət göstərən zeytun, göbələk, pomidor istehsalçıları yaramarkada aktiv iştirak edəcəklər. 

 

Novruz yarmarkasının keçirələcəyi ünvanlar:

 

1. Səbail rayonu (Nizami küç. 154b)
2. Nizami rayonu (Qara Qarayev küç. 55/57 sayli binanın qarşısı, Orbita ticarət mərkəzinin dayanacağı)
3. Yasamal rayonu (Hüseyn Cavid prospekti, Elmlər Akademiyası parkı)
4. Xəzər rayonu (Maştağa, Buzovna yolu Abşeron küç.)

01.03.2019 07:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ