Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Vətəndaşların Sahil Babayevin qəbuluna buraxılmamasına aydınlıq gətirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vətəndaşların Sahil Babayevin qəbuluna buraxılmamasına aydınlıq gətirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyifevralın 27-də Sabirabad rayonunda bir neçə vətəndaşın nazir Sahil Babayevin qəbuluna buraxılmadığı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Reklam_3_11

Nazirlikdən bildirilib ki, fevralın 18-də nazirin vətəndaş qəbulu ilə bağlı yayılmış elanda da qeyd edildiyi kimi, qəbula yazılmaq üçün fevralın 25-dək vaxt müəyyən edilib.

 

Qeyd olunub ki, bu müddət ərzində qəbula yazılan 41 nəfərin hər biri nazir tərəfindən qəbul edilib və müraciətləri dinlənilib. Bununla yanaşı, qəbula yazılmayan 115 nəfərin ərizəsi qeydiyyata alınıb: "Prosedura uyğun olaraq öncədən qəbula yazılmayan bir neçə nəfərin mediada haqsız çıxışını süni narazılıq yaratmaq kimi qiymətləndiririk.

 

Ümumilikdə, təkcə nazir tərəfindən 2018-ci ildə 1200-dək vətəndaş (həm Bakı, həmdə bölgələrdə), bu ilin 2 ayı ərzində isə 150-dək vətəndaş qəbul edilərək dinlənilib, müraciətləri nəzərə alınıb".

 

© Report

01.03.2019 08:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ