Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakıda 2 məşhur avtomobil markasının satış və servis mərkəzi açılır + FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda 2 məşhur avtomobil markasının satış və servis mərkəzi açılır + FOTOLAR

Təxminən 3 ilə yaxın fasilədən sonra Azərbaycanda Jaguar və Land Rover avtomobillərinin rəsmi satışı başlayır.

 

Reklam_3_11

"Marja"nın məlumatına görə, bu gün axşam "Avtolux-Azərbaycan" şirkəti Bakıda Jaguar - Land Rover satış və servis mərkəzini istifadəyə verəcəkdir.


Mərkəzin açılışı münasibətilə keçirilmiş mətbuat konfransında "Avtolux- Azərbaycan" şirkətinin baş direktoru Mark Pocock bildirib ki, satış və servis mərkəzi ən son standartlar və texnologiyaya əsasən qurulub:

 

"Əvvəllər bazarda boşluq var idi. Bu markaların orijinal ehtiyyat hissələri və peşəkar ustalar yox idi. Mərkəzin açılması ilə bu vəziyyətə son qoyulur. Ən müasir avadanlıqlar ilə təchiz edilmiş servis mərkəzi təlim keçmiş ustalar ilə müştərilərin ixtiyarına verilir"

 

Mərkəzin satış salonu 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə yeni, 2-ci mərtəbədə isə 2-ci əl avtomobillər nümayiş etdirilir. Salonda Jaguar və Land Roverin ən çox bəyənilən yeni modelləri yer alır.  

 

Artıq alıcılar Jaguar və Land Rover modellərini rahat və etibarlı şəkildə rəsmi idxalçıdan əldə edə bilərlər.

 

Mərkəzin satış müdiri Elmir Xəlilov "Marja"ya bildirdi ki, 2015-ci ildən əvvəlki dövrdə Jaguar və Land Rover modellərinin satışı kifayət qədər yüksək olmuşdur. Lakin məlum səbəblərdən rəsmi idxalçı fəaliyyətini dayandırdığından bazarda boşluq yaranmışdı. Yeni rəsmi distribyütor "Avtolux" şirkəti hər iki markanın bazar payını bərpa etməyi, hətta satışları əvvəlki distribyütorda olduğundan da yüksək səviyyəyə qaldırmağı planlaşdırır.

 

Rəsmi distribyütordan avtomobil almağın ən böyük üstünlüyü onun təklif etdiyi istehsalçı zəmanətidir. "Avtolux-Azərbaycan" şirkətinin Baş direktoru bildirdi ki, Jaguar və Land Rover avtomobillərinə 3 il və ya 100 min km zavod zəmanəti veriləcəkdir. Əlavə olaraq alınan avtomobilə 2 il və ya 50 min km zəmanət də təqdim olunacaqdır. Cəmi zəmanət şərtləri 5 il və ya 150 min km təşkil edəcəkdir.

 

Mətbuat konfransından sonra jurnalistlər servis mərkəzi və satış salonları ilə tanış olublar. Qeyd edilib ki, servis mərkəzi "Jaguar- Land Rover" şirkətinin standartlarına uyğun fəaliyyət göstərəcəkdir. 

 

Ünvan: Bakı şəhəri, Aşıq Molla Cümə küç., Blok C, D, E

Tel: (9914 12) 983

01.03.2019 12:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ