Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Deputat: “Ailəmizin dollar krediti var, Prezidentin fərmanından biz də yararlanacağıq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Deputat: “Ailəmizin dollar krediti var, Prezidentin fərmanından biz də yararlanacağıq”

“Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman xalqın rifahının yaxşılaşmasına xidmət edir. Bu, çox böyük addımdır”.

 

Reklam_3_11

Bunu Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

 

O bildirib ki, bəzi ölkələrdə bu problem hələ də həll edilməyib: “Bəzi ölkələrdə bu istiqamətdə qərarlar qəbul edilsə də, yerinə yetirilmədi. Çünki bunun həyata keçirilməsi üçün mexanizm olmalıdır. Bu müddətdə Azərbaycan hökumətinə Amerika, Rusiya, Qazaxıstan, Ukrayna modelləri təklif olunub. Burada kreditin müvafiq qurumlar arasında bölünməsindən söhbət gedirdi. Hökumət isə bu yükü öz üzərinə götürdü. Bu addım milyonlarla insanın mənafeyinə xidmət edir. Bu fərmandan bizim də ailəmiz yararlanacaq, dollar kreditimiz var. Bunun üçün Prezident İlham Əliyevə təşəkkür edirəm. Bəzi şəxslərin nə deməsindən asılı olmayaraq, bu fərman əhalinin köməyə ehtiyacı olan hissəsi üçün nəzərdə tutulub. Fərmanda qeyd olunub ki, güzəşt 10 min dollara qədər olan kreditlərə aiddir. Bu addımlarla islahatların davam edəcəyi göstərilir. Hazırki islahatlar həqiqi inqilabi islahatlardır”.

 

Deputat xatırladıb ki, məzənnə üzrə əsas dəyişikliklər 2015-ci ilin 21 fevral və 21 dekabr tarixlərində baş verib: "Xarici valyutada alınmış kreditlərin manat ekvivalentində yükü 0,78 AZN/USD məzənnə ilə necə idisə, həmin səviyyəyə endiriləcək. Həm 21 fevralda, həm də 21 dekabrda baş vermiş məzənnə dəyişiklikləri nəticəsində manat ekvivalentində borc yükü artmış kreditlər tənzimlənəcək, əlavə ödənilən vəsait kompensasiya şəklində geri qaytarılacaq. Bu, çox ciddi məsələdir”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

01.03.2019 10:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ