Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Səhmləri ilk gündə 44 faiz yüksəldi, "Twitter"i geridə qoydu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səhmləri ilk gündə 44 faiz yüksəldi,  "Twitter"i geridə qoydu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mobil mesajlaşma proqramı "Snapchat"ın sahibi "Snap" adlı şirkətin səhmlərinin birjada ilk satışı (İPO) dünən Nyu-York birjasında  baş tutub.


 
"Marja" xəbər verir ki, biri 17 dolardan investorlara  təqdim olunan şirkətin səhmləri ilk əməliyyat günündə 44 faiz dəyər qazanaraq 24,48 dollardan günü başa çatdırıb.


 
 Beləliklə, "Snap"in bazar dəyəri təxminən 36 milyard dollar olub və şirkət İPO edildiyi ilk gündə bazar dəyəri təxminən 11 milyard dollar olan "Twitter"i geridə qoyub.


 
 Mütəxəssislər, "Twitter"in 3 il əvvəlki İPO-sundan sonra "Snap"in ən böyük sosial media şirkəti IPO-su olduğuna işarə edərək, investorların informasiya və texnologiya şirkətlərinə marağının böyük olduğunu vurğulayıblar.


 
 ŞİRKƏT ZƏRƏR EDİR


 
 Analitiklər balans tərəfində isə şirkətin son illərdə artan zərərinə diqqət çəkirlər. Səhmlərin satışından əldə edilən vəsait də gəlir mənbələrini artırmaq üçün istifadə ediləcək. "Snap" şirkəti 2015-ci ildə 372,9 milyon dollar zərər edərkən, bu məbləğ ötən il 514,6 milyon dollara qalxmışdı.

03.03.2017 06:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ