Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Xurma birinci olub - QIŞIN ƏN UZUN AYINDA 13 MİLYON DOLLARLIQ İXRAC

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xurma birinci olub - QIŞIN ƏN UZUN AYINDA 13 MİLYON DOLLARLIQ İXRAC
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin fevral sayı təqdim olunub.

 

“Marja” xəbər verir ki, bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 138 milyon ABŞ dolları olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 15 milyon ABŞ dolları və ya 12 faiz  artıb.

 

2019-cu ilin yanvar ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (12,6 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (12 milyon ABŞ dolları) ikinci yerdə qərarlaşıb. Mahlıc isə (11,9 milyon ABŞ dolları) bu siyahıda üçüncü olub. 

 

Ümumilikdə isə 2019-cu ilin yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 43,4 milyon, pambıq lifi ixracı 11,9 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 11,7 milyon, elektrik enerjisinin ixracı 11,1 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 6,9 milyon, kimya sənayesi məhsullarının ixracı 6,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 3,2 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,7 milyon, pambıq ipliyi ixracı 859 min ABŞ dolları təşkil edib.  

01.03.2019 12:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ