Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bazarlar üçün yeni qorxu ssenarisi: Frexit

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazarlar üçün yeni qorxu ssenarisi: Frexit
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2016-ci ilin yay dövründə qlobal bazarlaın o zamana qədər çox ehtimal vermədiyi xofu - "Brexit" baş verdiyindən bəri, investorlar Avropa Birliyindən çıxış ssenarilərini daha çox ciddiyə alırlar.


 
"Marja" xəbər verir ki, "Italexit" xofu hələ hələ yatışmamış, bu dəfə "Frexit" gündəmə gəlib.

Reklam_3_11


 
 Üstəlik, "Frexit" Fransada həddindən artıq sağçı Milli Cəbhə lideri və prezidentliyə namizədi Marina Le Pen tərəfindən tələffüz edilmişdir.


 
 Fransada prezident seçkisini daha da kritik hala gətirən Le Pen, İngiltərədən sonra Fransanın da Avropa İttifaqından (Aİ) dostcasına çıxması lazım olduğunu söyləyir.


 
"AVRO FRANSAYA MƏNFİ TƏSİR GÖSTƏRİR"


 
Avro pul vahidinin Fransa, İtaliya və İspaniyanın sənayesinə mənfi təsir etdiyini iddia edən Le Pen "Artıq dostcasına ayrılmaq vaxtı gəldi. Avropa Konvensiyasının hamısına dair müzakirələr nəzərdə tuturuq. Sonra isə Frexit referendumu" deyib.


 
"XARİCİLƏR FRANSAYA DAHA ÇOX VERGİ VERMƏLİDİR"


 
 Fransada beynəlxalq şirkətlərin daha çox vergi verməsi lazım olduğunu söyləyən Le Pen, "Heç bir ölkə öz sənayesini onu qorumaqla yarada bilməz. Mənim ilk işim xalqın etimadını qazanaraq, iqtisadiyyatımıza güc qazandırmaqdır" - deyə bldirib.

 

"TRUMP NÜMUNƏ GÖTÜRMƏLİDİR"


 
ABŞ Prezidenti  Donald Trump-ın məşğulluq modelini nümunə göstərən Le Pen,"Trump-ın Amerikaya geri gətirdiyi məşğulluğa baxın. Trump, Şi Cinping və Theresa May ilə iqtisadi vətənpərvərlik nümayiş etdirirlər. Sərhədləri olmayan bir dünya xəyalına hələ də inanan təkcə Avropa Birliyi qalıb" -ifadəsini istifadə edib.

03.03.2017 06:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ