Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Artımlarlar ilə dövlət büdcəsinə yenidən baxmağa ehtiyac yoxdur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Artımlarlar ilə dövlət büdcəsinə yenidən baxmağa ehtiyac yoxdur"

Azərbaycanda bu ilin əvvəlindən əhalinin sosial müdafiəsi məqsədi ilə görülən tədbirlərin - minimum əmək haqqı və pensiyanın, təqaüd və müavinətlərin artırılmasının maliyyə tutumu 882 milyon manatdır.

 

Reklam_3_11

Bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, bu vəsait dövlət büdcəsində formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcək və bu səbəbdən büdcəyə yenidən baxmağa ehtiyac yoxdur.

 

"Bəzən deyirlər ki, kimlərsə hökuməti artımlara getməyə vadar edib. Boş söhbətlərdir. Bu işlər əvvəlcədən planlaşdırılmışdı. Söhbət sadəcə həmin vəsaitdən nə zaman istifadə edilməsindən gedə bilər. Dövlət başçısının qərarına uyğun olaraq istənilən vaxt həmin vəsait hesabına maliyyələşdirməyə başlaya bilərik və martın 1-dən bu oldu", - deyə nazir qeyd edib.

 

"Bu il icmal büdcəsində 1,2 mlrd. dollar profisit gözləyirik"

 

Samir Şərifov deyib:  "2018-ci ilin yekununda Azərbaycanın icmal büdcəsinin profisiti 2,7 milyard dollar təşkil edib və həmin vəsait Dövlət Neft Fonduna yönəldilib. Neftin büdcə qiymətinin əvvəlki illə müqayisədə 5 dollar çox - 60 dollar götürüldüyü 2019-cu ilin yekununda isə bu rəqəmin 1,2 milyard dollar olacağını gözləyirik.

 

"Dövlətin imkanları artdıqca, əhalinin sosial müdafiəsi gücləndirilib. 2018-ci ildə 550 milyon manatlıq sosial paket həyata keçirilib. 2019-ci ilin əvvəlindən təxminən 900 milyon manatlıq sosial paket reallaşdırılır. Bundan başqa, fiziki şəxslərin problemli kreditləri həll edilir. Bu da sosial dəstəkdir. Gələn ildən isə icbari tibbi sığortanın genişləndirilməsi nəzərdə tutulur. Bunun üçün də maliyyə bazası olmalıdır. Yəni, imkanlar artdıqda, bir tərəfdən dövlətin maliyyə gücü artırılır, digər tərəfdən isə əhalinin güzaranı yaxşılaşdırılır", - deyə o, qeyd edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

02.03.2019 06:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ