Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakının Mərkəzi rayonu yaradıla bilər - PREZİDENT TƏKLİFİ BƏYƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakının Mərkəzi rayonu yaradıla bilər - PREZİDENT TƏKLİFİ BƏYƏNİB

Dövlətimizin başçısı Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşdirilməsinə dair təklifimə çox həssaslıqla yanaşdı, operativ reaksiya verdi.

 

Bu sözləri Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünün əhəmiyyətini şərh edərkən deyib.

 

Tanınmış memar bildirib ki, ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğu, bütün sahələrdə çox ciddi islahatlar aparıldığı bir vaxtda belə görüşün keçirilməsi mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev görüş iştirakçılarının fikirlərini və təkliflərini diqqətlə dinlədi, bir sıra məsələlərin həlli ilə bağlı yerindəcə tapşırıqlar verdi.

 

Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşmədiyini deyən Elbay Qasımzadə görüşdə bu məsələ ilə bağlı təklifə Azərbaycan Prezidentinin müsbət reaksiyasının paytaxtın tarixi memarlığının qorunması baxımından önəmini diqqətə çatdırıb:

 

“Bakının tarixi mərkəzi bu gün Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları olmaqla dörd rayon arasında bölünüb. Burada aparılan təsərrüfat fəaliyyəti, abadlıq və inşaat işləri mərkəzdən nə dərəcədə idarə olunsa da, yerli idarəetmə qurumlarının bir-birindən fərqli yanaşmalarına məruz qalır. Bu çatışmazlığı aradan qaldırmaq məqsədilə Bakının tarixi mərkəzinin sərhədləri dəqiq müəyyənləşdirilməli və təsdiqlənməlidir. Təyin olunmuş sərhədlər daxilində Bakı şəhərinin Mərkəzi rayonu adlandırılan yerli idarəetmə inzibati-ərazi vahidi təşkil olunması bu ərazidə aparılan hər hansı bir fəaliyyət növünə daha ciddi, daha böyük tələbkarlıqla şərtlər və qaydalar tətbiq edilməsinə imkan yaradacaq. Ölkə başçısı bu təklifi bəyəndi və görüşün gedişində müvafiq qurumlara bununla bağlı tapşırıqlar verdi. Prezident şəhərin mərkəzinin hüdudlarının dəqiq müəyyən olunmasının, vahid idarəetmə sisteminin vacibliyini qeyd etdi”.

 

Elbay Qasımzadə vurğulayıb ki, tarixi irsimiz olan və XIX əsrin sonunda - XX əsrin əvvəlində yaranmış Bayır şəhər və Aşağı şəhər anlayışları kimi qəbul olunan Bakı mərkəzinin qorunub saxlanılması üçün bu, olduqca vacibdir.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Azərtac

04.03.2019 04:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ