Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Hava şəraiti ilə bağlı xilasedicilər estakadaya çıxa bilməyib” – SOCAR rəsmisi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Hava şəraiti ilə bağlı xilasedicilər estakadaya çıxa bilməyib” – SOCAR rəsmisi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Hava şəraiti ilə bağlı xilasedicilər estakadaya çıxa bilməyib”. Bunu “Azneft” İstehsalat Birliyinin baş direktorunun birinci müavini, baş mühəndis Balamirzə Ağarəhimov deyib. O əlavə edib ki, dalğıc gəmisi əraziyə yaxınlaşıb lakin hava şəraiti xilasetmə işinə başlanmasına imkan verməyib: “Orada işçilərdə havanın istənilən şəraitində qoruyucu jilet olur”.

 

Estakadaların vəziyyətinin cari durumu ilə bağlı məsələyə də toxunan B.Ağarəhimov qeyd edib ki, 1990-cı illərdə ölkədə iqtisadi vəziyyətin normal olmaması estakadaların yaxşı vəziyyətdə saxlanmasına imkan verməyib: “Gərək bu kimi qurğulara daimi nəzarət edilsin”.

 

Hava şəraiti ilə bağlı maksimum az işçi heyəti ilə 24 saatlıq iş qrafikində olan məntəqələrdə işlədiklərini deyən baş mühəndis neft yığım məntəqəsində adətən 10-15 nəfərlik personalın olduğunu, köməkçi işlər, gündəlik servislə məşğul olanların isə ərazidən çıxarıldığını deyib. 

 

**

 

“Heç bir hadisə təbii hadisə kimi qələmə verilmir. Biz bu gün itkinlərin xilas edilməsi ilə məşğuluq. Bu hadisə ilə hüquq-mühafizə orqanları, mütəxəssislər araşdırma aparılacaq və buna müvafiq olaraq qərar veriləcək”.

 

Bunu “Azneft” İstehsalat Birliyinin baş direktorunun birinci müavini, baş mühəndis Balamirzə Ağarəhimov deyib. Onun sözlərinə görə, itkin düşən neftçinin meyiti Səngəçal sahəsi istiqamətində tapılıb.

 

Rəsmi şəxs bildirib ki, hadisənin baş verdiyi yerdə suyun dərinliyi 10-11 metrdir: “Biz çalışırıq ki, belə hava şəraitində maksimum az personalla iş prosesini təşkil edək. Orada 24 saatlıq iş sistemidir. İnsanların yarısı gecə, yarısı gündüz saatlarında işdə olur”. 

 

**

 

“Ayın 12-dən bizdə hava şəraitinin pisləşəcəyi ilə bağlı məlumatlar var idi”. Bunu “Azneft” İstehsalat Birliyinin baş direktorunun birinci müavini, baş mühəndis Balamirzə Ağarəhimov bildirib. Onun sözlərinə görə, son iki gün ərzində estakadalardakı əksər işçilər evakuasiya edilib: “Lakin istehsalat üçün həyati əhəmiyyət daşıyan çox az sayda işçilər dənizdə qalıb”.

 

B. Ağarəhimov deyib ki, qəzanın baş verdiyi estakada 1978-ci ildə tikilib. Ondan sonra estakadada cari və əsaslı təmir işləri aparılıb: “Sonuncu dəfə bu ilin avqustunda cari təmir aparılıb. Estakadaların təmir edilməsi və əvəzedicilərinin tikintisi də aparılıb". 

15.12.2016 15:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ