Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Dollar çox güclüdür, Fed-də faiz artırmağı xoşlayan bir cənab var"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dollar çox güclüdür, Fed-də faiz artırmağı xoşlayan bir cənab var"

ABŞ Prezidenti, dolların çox güclü olduğunu bildirib və Fed sədrini yenə tənqid edib. 



 
ABŞ Prezidenti Donald Tramp, Şənbə günü etdiyi açıqlamada, ABŞ dollarının çox güclü olduğunu bildirib və Fed sədri Cerom Pauelı "faizləri artırmaqdan xoşlanan" biri kimi qiymətləndirərək bir daha tənqid edib.
 

"Marja" xəbər verir ki, Tramp etdiyi geniş çıxışında, ABŞ iqtisadiyyatının, mərkəzi bankın addımlarına baxmayaraq yaxşı getdiyini söyləyib.
 

Tramp, "Güclü bir dollar istəyirəm. Amma digər ölkələrlə apardığımız işlərdə bizi məhdudlaşdıracaq qədər güclü bir dollar deyil. Ölkəmiz üçün böyük iş görən bir dollar istəyirəm" deyib. 
 

Tramp, Pauelın adını çəkməyib, ancaq ondan "Fed-də faiz artırmağı xoşlayan bir cənab var, Fed-də sərt pul siyasətindən xoşlanan bir cənab var, Fed-də çox güclü dollardan xoşlanan bir cənab var" şəklində bəhs edib.
 

Tramp, ABŞ iqtisadiyyatının heç olmadığı qədər inkişaf edərkən, digər ölkələrin çox zəif performans göstərdiyini və bunun da uğurlu olmalarını çətinləşdirdiyini sözlərinə əlavə edib.

04.03.2019 07:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ