16 rəqib modelini geridə qoyaraq ən yaxşılar oldular
Santa Fe və Grand Santa Fe 16 rəqib modelini qabaqlayaraq ortaölçülü krossoverlər/yolsuzlu avtomobilləri kateqoriyasında mükafat aldılar.
Hyundai Santa Fe 2017 və Grand Santa Fe 2017 Consumer Guide® Automotive-dən "2017-ci ilin ən yaxşısı" mükafatını aldılar. Krossoverlər 16 rəqib modelini geridə qoyaraq ortaölçülü krossoverlər/ yolsuz avtomobilləri kateqoriyasında ən yaxşıları oldular.
Consumer Guide Automotive ən tanınan və qərəzsiz şirkətlərdən biri olmaqla artıq 50 ildir ki, ABŞ-da yeni avtomobillərin qiymətləndirilməsi ilə məşğuldur. Consumer Guide Automotive-nin redaktorları aktual trendlərə və xarakteristikalara əsasən 150-dən çox avtomobili diqqətlə öyrənib hər seqmentdə ən yaxşı modelləri seçdilər. Hər model bir neçə göstərici üzrə qiymətləndirilirdi. Göstəricilər: qiymət, opsiya, hərəkət keyfiyyətləri, avadanlıq, yanacaq sərfi, etibarlılıq və təkrar satış dəyəri.
Redaktorlar həmçinin avtomobillərin müxtəlif yol şəraitində test-drayvlarını keçirdilər. Son tədqiqatın nəticələri 2017 il Çikaqo avtosalonunda səsləndirildi, "2017-ci ilin ən yaxşısı" mükafatını isə Consumer Guide Automotive-nin naşiri Tom Appel (Tom Appel) təqdim etdi. «Santa Fe və Grand Santa Fe krossoverləri alıcıların dəyərləndirdiyi universallığı, rahatlığı və keyfiyyətli salonu ilə fərqlənirlər, deyə, Consumer Guide Automotive-nin naşiri Tom Appel qeyd etdi ki, “Eyni zamanda onların qiyməti gözlənildiyindən də aşağı imiş».
Santa Fe və Grand Santa Fe krossoverləri müştərilərə aşağıdakıları təklif edirlər:
- Tam ötürücü
- Beş və ya yeddi oturacaq
-Səmərəli benzin və ya dizel mühərrikləri
- Müasir cazibəli dizayn
-İnformasiya-əyləncə sistemləri, son trendlərə uyğun rahatlıq və təhlükəsizlik sistemləri.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 35 d. əvvəl
-
47 d. əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl