Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

“Bakcell”in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bakcell”in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

(®) Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İntenet Provayderi Bakcell şirkəti artıq ölkənin bütün bölgələrində yüksək keyfiyyətli 4G xidmətlərini təqdim edir. Artıq Bakı, Abşeron yarımadası və Azərbaycanın bütün şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) yaşayan Bakcell abunəçiləri şirkətin təqdim etdiyi yüksək sürətli mobil İnternet xidmətlərindən yararlana bilirlər.

 

Reklam_3_11

Qeyd edək ki, 1700-dən artıq 4G stansiyası sayəsində Bakcell şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük LTE şəbəkəsinə malikdir.

 

Bakcell 2018-ci il ərzində mobil internet xidmətlərini ölkənin regionlarına doğru genişləndiriməyə davam edib. Şəbəkəyə yatırılan iri həcmli sərmayələr nəticəsində keçən il 300-ü regionlarda olmaqla 800-dən artıq 4G stansiyası quraşdırılıb. İstifadəçilər üçün ən yüksək keyfiyyətin təmin olunması istiqamətində aparılan işlərin davamı olaraq bu il ərzində ölkə ərazisində 750-dən çox 4G baza stansiyası istifadəyə veriləcək.

 

Bakcell öz şəbəkəsinin etibarlılığını və sabitliyini təmin etmək məqsədilə müntəzəm olaraq şəbəkə infrastrukturunu təkmilləşdirir.

 

“Bakcell şirkəti bazarda lider mövqeyini daha da gücləndirmək və xidmətlərin keyfiyyətini daha da artırmaq məqsədilə Azərbaycanın ən keyfiyyətli 4G şəbəkəsinə iri həcmli sərmayələr yatırır. Məqsədimiz odur ki, 4G xidmətlərimiz bütün ölkə ərazisində təmin olunsun. Buna görə də şəbəkəmizin əhatə dairəsi və keyfiyyətinin artırılmasına yönəlmiş işlər davam etdiriləcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

 

“Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil İnternet sürətinə yerli və beynəlxalq səviyyədə yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Dünyada tanınmış “Ookla” şirkəti tərəfindən təsdiq edilib ki, Bakcell şəbəkəsi ölkədə ən yüksək orta yükləmə sürəti və ən aşağı gecikmə müddətinə (latency time) malikdir. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).

 

Bakcell özünün yüksək keyfiyyətli mobil şəbəkəsinin genişləndirilməsi və modenrnizasiyasına yönəlmiş iri-miqyaslı tədbirləri davam etdirəcək.

04.03.2019 10:08

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ