Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda ilk dəfə yüksək məhsuldarlığa malik qarğıdalı və soya toxumu yetişdiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ilk dəfə yüksək məhsuldarlığa malik qarğıdalı və soya toxumu yetişdiriləcək

Azərbaycanda əkinçilik tarixində ilk dəfə olaraq bu il hibrid toxum yetişdiriləcək. Bundan sonra fermerlərimiz yüksək məhsuldarlığa malik toxumları yerli istehsalçıdan ala biləcəklər.

 

Reklam_3_11

“Səba” şirkəti atdığı bu addımı daha bir idxal məhsulundan azad olmaq məqsədi ilə izah edir.

 

“Hibrid toxum hər bitkidə olmur və hibrid sortların alınması ilə xüsusi şirkətlər məşğul olur. Yaxşı məhsuldar hibrid toxumları, biz özümüz də daxil olmaqla, əkinçilər məşhur toxumçuluq şirkətlərindən almaq məcburiyyətində qalırıq. Bu da bizim toxum üçün idxaldan asılılığımız deməkdir. Buna son vermək üçün bu il biz  ata və ana qarğıdalı sortlarını gətirib Azərbaycanda toxumçuluq üçün ayırdığımız sahəmizdə əkəcəyik. Sonra isə beynəlxalq mütəxəssislərin yardımı ilə onları öz sahələrimizdə çarpazlaşdırıb, “calaq” – hibrid məhsulu əldə edəcəyik” – “Səba”-nın ictimaiyyətlə əlaqələr şöbəsindən belə deyiblər. 

 

“Quşçuluq müəssisəmizdə bəslənən quşların yemi üçün idxaldan asılılığa son vermək məqsədilə 2012-ci ildə biz qarğıdalı yetişdirməyə başladıq. Bir neçə ildir ki, ölkədə bir ilk kimi iri sahədə soya becəririk. Toxumçuluq müəssisəmiz arpa, buğda, paxla və tərəvəz bitkilərinin toxumlarını yetişdirsə də, biz qarğıdalı və soya toxumlarını idxal edirik. Bizim kimi digər fermerlərin də bu toxumlara ehtiyacını görürük və yerli istehsalla bu ehtiyacın ödənilməsinin mümkünlüyünə əminik” – “Səba”-da bu fikirdədirlər.

 

“Səba” bu il hibrid toxum becərilməsi üçün Kürdəmir ərazisindəki 150 hektar sahəsini seçib. Müəssisədən verilən məlumata görə, hibrid (F1) qarğıdalı toxumu ilə yanaşı,  orijinal soya toxumu da yetişdiriləcək. Bununla şirkət növbəti illərdə soya toxumçuluğunu da inkişaf etdirmək niyyətindədir.

 

“Öz toxumlarımızı özümüzün istehsal etməyimiz  daha bir səbəbdən vacibdir – Azərbaycan fermerləri güvəndikləri istehsalçıdan toxum ala biləcəklər. Ölkəmizin qanunvericiliyi GMO - geni modifikasiya olunmuş bitkilərin yetişdirilməsini qadağan edir. Toxumları Azərbaycanda yetişdirməklə fermer becərdiyi məhsulun GMO olmadığına tamamilə əmin olacaq. Bitkinin geninə laborator şəraitdə müdaxilə ilə alınmış toxumlardan fərqli olaraq, açıq sahədə, ənənəvi çarpazlaşdırma – calaq üsulu ilə alınan hibrid toxumların yetişdirilməsini fermerlər özləri bizim tarlalarımızda müşahidə edə biləcəklər” – “Səba”-dan bildiriblər.

 

Qeyd edək ki, “Səba” qida sektorunun quş əti və süd məhsulları istehsalı kimi vacib sahələrində tanınmış brendə sahib olmaqla yanaşı, 7-ci ildir ki,əkinçiliklə məşğuldur. Ölkədə ilk iri taxılçılıq təsərrüfatı - “Qarabağ Taxıl”ın sahələrində növbəli əkinçiliklə qarğıdalı, soya, buğda yetişdirir. Bu bitkilərdən hazırlanmış yemlə “Səba” quşçuluq müəssisəsində bəslənən quşların yemə olan tələbatı ödənir.  

05.03.2019 07:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ