Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ARDNF-in investisiya porfelinin gəlirliliyi azalıb - İCMAL

iç səhifə xəbər başlığı altı (mobil)_31
ARDNF-in investisiya porfelinin gəlirliliyi azalıb - İCMAL
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli demək olar ki, onun aktivləri qədər - 38 514,7 mln. ABŞ dolları təşkil edib. 

 

Reklam_3_11

Fondun aktivlərinin 54,3%-i ABŞ dollarında yerləşdirilib. Bu rəqəm ötən il yanvarın 1-nə 50,6% olub. 

 

Əvəzində 2018-ci ildə ARDNF-in investisiya portfelində avronun payı 35,7%-dən 34,4%-ə, ingilis funt sterliqinin payı 5,1%-dən 4,6%-ə, Avstraliya dollarının payı 0,7%-dən 0,6%-ə, Türkiyə lirəsinin payı 1%-dən 0,8%-ə, Rusiya rublunun payı 1,1%-dən 0,7%-ə, Koreya vonunun payı 1,3%-dən 0,5%-ə, Çin yuanının payı 1,4%-dən 1,3%-ə düşüb, yalnız yapon yeninin payı 1,5% qalıb, digər valyutaların payı da 1,6%-dən 1,3%-ə düşüb. 

 

Ötən ilin sonuna Fondun investisiya portfelinin 76,5%-i istiqrazlar və pul bazarı alətlərində yerləşdirilib. Bu rəqəm əvvəlki ilin sonuna 76,3% təşkil edib. İl ərzində investisiya portfelində səhmlərin payı 14,9%-dən 12,8%-ə düşüb, daşınmaz əmlakın payı dəyişməyərək 5,3% qalıb, qızılın payı isə 3,5%-dən 5,4%-ə çatıb. 

 

Bu ilin əvvəlinə ARDNF-in istiqrazlar və pul bazarı alətlərinin 30,6% AAA reytinqli qiymətli kağızlarda yerləşdirilib. Bu rəqəm ötən ilin əvvəlinə 22,3% təşkil edib. Son 1 ildə qurumun investisiya portfelində AA reytinqli alətlərin payı 18,5%-dən 20,6%-ə, A reytinqli alətlərin payı 44,8%-dən 39%-ə, BBB reytinqli alətlərin payı 10,7%-dən 8,6%-ə, qeyri-investisiya dərəcələ alətlərin payı isə 3,7%-dən 1,2%-ə dəyişib. 

Ötən ilin sonuna Fondun istiqrazlar və pul bazarı alətləri portfelinin 28,5%-i 0-1 il, 45%-i 1-3 il, 12,2%-i 3-5 il, 14,3%-i 5 ildən artıq müddətə yerləşdirilib. Bu nisbətlər əvvəlki ilin sonuna müvafiq olaraq 32%, 35,7%, 17,1% və 15,2% təşkil edib. 

 

Bu ilin əvvəlinə ARDNF-in investisiya portfelinin coğrafi regionlar üzrə bölgüsü isə belə dəyişib: Avropa ölkələri üzrə 38,4%-dən 37,05%-ə, Şimali Amerika ölkələri üzrə 27,87%-dən 23,1%-ə, Asiya-Sakit Okean regionu ölkələri üzrə 26,05%-dən 28,71%-ə, Avstraliya və Yeni Zelandiya üzrə 2,71%-dən 2,64%-ə, Afrika ölkələri üzrə 0,12%-dən 0,79%-ə, Cənubi Amerika ölkələri üzrə isə 0,03%-dən 0,06%-ə, beynəlxalq maliyyə qurumları üzrə isə 4,82%-dən 7,65%-ə. Yeri gəlmişkən Fondun investisiya portfelində inkişaf etmiş ölkələrin payı 69,03%-dən 66,9%-ə, inkişaf etməkdə olan ölkələrin payı isə 26,15%-dən 25,45%-ə dəyişib. 

 

2018-ci ildə ARDNF-in investisiya portfelinin gəlirliliyi 0,35% təşkil edib. Halbuki bu rəqəm 2017-ci ildə 1,88% olub. İl ərzində Fondun istiqrazlar və pul bazarı alətlərinə investisiyalar üzrə gəlirliliyi 0,65%-dən artaraq 0,68%-ə, daşınmaz əmlaka investisiyalar üzrə gəlirliyi 0,22%-dən 0,54%-ə yüksəlib, səhmlərə investisiyalar üzrə 1,01%-lik gəlirliliyi isə 0,87%-lik zərərliliklə əvəz olunub. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

04.03.2019 11:12

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ