Gömrük vətəndaşların suallarını onlayn cavablandıracaq

Sabah Dövlət Gömrük Komitəsinin "Facebook" sosial şəbəkəsindəki səhifəsində canlı yayımda "Yaşıl Dəhliz" buraxılış sistemi və "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dair Nazirlər Kabinetinin 305 saylı qərarı ilə bağlı vətəndaşların sualları cavablandırılacaq.

 

Komitədən verilən məlumata görə, martın 5-də saat 12:00-dan 13:00-dək baş tutacaq canlı yayımda suallara komitənin mütəxəssisləri tərəfindən cavab veriləcək.

 

Qeyd edək ki, suallar yalnız mövzu ilə bağlı olmalıdır. Cavablandırılması üçün xüsusi araşdırma və vaxt tələb olunan suallara canlı yayımdan sonra müraciət edənlərin şəxsi mesaj qutularına göndərilən açıqlamalar vasitəsilə aydınlıq gətiriləcək.

4 Mart 2019 , 14:21   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin