Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Xalq Bankın plastik kartları hesab.az-da ikiqat bonus qazandırır!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xalq Bankın plastik kartları hesab.az-da ikiqat bonus qazandırır!

Cari ilin mart ayının 1-dən başlayaraq Xalq Bankın plastik kart sahibləri hesab.az-da ödəniş edərkən ikiqat bonus qazana biləcəklər.

 

Reklam_3_11

Bunun üçün hesab.az səhifəsində qeydiyyatdan keçmək, kommunal xidmətlərin, stasionar və mobil rabitə operatorların, kabel televiziyası və internet provayderlərin ödənişlərini bu səhifə vasitəsilə həyata keçirmək kifayətdir. Hər ödəniş zamanı qazanılan bonus xalı avtomatik olaraq 2 qat artacaq (təklif bank, sığorta və qeydiyyatsız ödənişlərə şamil olunmur).

 

Bundan əlavə, hesab.az istifadəçiləri ödənişləri müqabilində qazandıqları bonusları Xalq Bankın MasterCard Gold plastik kartına dəyişə biləcəklər. Qeydiyyatdan keçmiş istifadəçilər “Dərhal dəyiş” bölməsinə daxil olaraq 25000 bonus xalını ilkin mədaxilsiz, pulsuz MC Gold plastik kartına dəyişə bilərlər. Aksiya aprel ayının 30-dək qüvvədədir.

 

Həmçinin, 1-31 mart tarixlərdə veb-səhifə və ya mobil tətbiq vasitəsi ilə 100-200 AZN məbləğində kommunal ödəniş edən ilk 50 qeydiyyatlı istifadəçi Xalq Bankdan pulsuz MasterCard Gold, 200 AZN-dən yuxarı məbləğdə kommunal ödəniş edən ilk 10 qeydiyyatlı istifadəçi isə MasterCard Black Edition premium kartı qazanacaqlar.                                                                                                                                                                                                                                                             

Xalq Bankın plastik kartlarını bankın istənilən filialından əldə etmək mümkündür. Bankın kampaniya və aksiyaları, eləcə də plastik kartlar haqqında daha ətraflı məlumatı 138 Məlumat Mərkəzindən, eləcə də www.xalqbank.az saytından almaq mümkündür.

04.03.2019 12:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ