Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bankdan xanımlara bayram endirimi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankdan xanımlara  bayram endirimi

(®) Azərbaycan Beynəlxalq Bankı xanımların 8 Mart Beynəlxalq Qadınlar Gününü özəl kampaniya ilə təbrik edir. 4 mart tarixindən 7 mart tarixinə qədər bankdan plastik kart sifariş edən hər bir xanım müştəri kampaniyanın üstünlüklərindən faydalanacaq.

 

Belə ki, VISA Gold, MasterCard Gold, Union Pay Gold kartlarını xanımlar bankdan cəmi 8 manata əldə edə biləcəklər. Kampaniya üzrə endirimli tariflər həm yeni açılmış, həm də müddəti uzadılan VİSA Gold, Mastercard Gold və Union Pay Gold kartlarına şamil olunur.

 

Sürprizlər bununla da bitmir. Kampaniya dövründə sifariş edilən və hədiyyə kart üçün açılmış hesaba 88 ş.v (kartın valyutasından asılı olaraq AZN/USD) mədaxil edən qadın müştərilərə AMEX Green kartı 1 illik müddətə hədiyyə olunacaq. AMEX Green kartına eyni hesaba bağlı və müştərinin öz adına əlavə Mastercard Gold kartı da 1 illik müddətə pulsuz təqdim ediləcək.

 

Azərbaycan Beynəlxalq Bankı ən çox sayda beynəlxalq ödəniş sistemi ilə tərəfdaşlıq edən Azərbaycan bankıdır. Çoxsaylı beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir. Ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan Azərbaycan Beynəlxalq Bankı elektron xidmətlər sahəsində liderdir. Bankın plastik kartlarını bu linkdən onlayn sifariş etmək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

04.03.2019 13:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ