Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Məhsulları İstanbulda istehsal edib, 30-dan çox ölkəyə satırıq” – AZƏRBAYCANLI İŞ ADAMI

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Məhsulları İstanbulda istehsal edib, 30-dan çox ölkəyə satırıq” – AZƏRBAYCANLI İŞ ADAMI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən günlərdə İstanbulda keçirilmiş regional ofis ləvazimatları sərgisində Azərbaycan investisiyalı “Cassa” şirkəti də iştirak edib. Qeyd edək ki, “Cassa” şirkəti Azərbaycanda fəaliyyət göstərən “İnci” şirkətlər qrupunun Türkiyə qoludur. Məşhur “Ofisait” mağazalar şəbəkəsi də bu qrupa daxildir.

 

“Marja” xəbər verir ki, Türkiyənin “ATV” televiziyasının “Vizyon” proqramı “Cassa”nın stendində olaraq reportaj hazırlayıb.

 

“Cassa” şirkətinin İdarə Heyətinin sədri, iş adamı Mikayıl Yusif bildirib ki, 1995-ci ildən Azərbaycanda, 2009-cu ildən isə Türkiyədə fəaliyyət göstərirlər. “Cassa” şirkəti 2015-ci ildən İstanbulda istehsal sahəsini qurub və ofisdə tələb olunan ləvazimatların istehsalını həyata keçirir. Məhsullar 30-dan artıq ölkəyə, o cümlədən Azərbaycan, İsrail, Yunanıstan, İtaliya, İspaniya, Portuqaliya, Almaniya, Serbiya və Bolqarıstana ixrac olunur.

 

 Mikayıl Yusif qeyd edib ki, “Cassa” şirkətinin İstanbuldakı 4000 kv.m istehsal sahəsində 65 nəfər çalışır. Şirkət  “Ofisdə işlər yolunda” sloqanı ilə hər zaman yeniliklər axtarışındadır.

 

“Cassa” şirkətinin İdarə Heyətinin üzvü İsa Abbasov bildirib ki, Türkiyə alıcıları “Cassa” məhsullarına böyük maraq göstərirlər. Bunun səbəblərindən biri, hər il məhsul çeşidinin 3-4 dəfə yenilənməsidir.

 

Reportaja aşağıdakı videoda baxa bilərsiniz.

05.03.2019 05:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ