Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın investisiya şirkəti 2019-cu il üçün proqnozlar verib - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın investisiya şirkəti 2019-cu il üçün proqnozlar verib - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"AzFinance" İnvestisiya Şirkətinin direktor müavini İntiqam Səfərəliyevlə müsahibə


 

Reklam_3_11

-Fikrinizcə, 2019-cu ildə Azərbaycanın biznes sahəsi necə inkişaf edəcək?

 

-Dünya bankı Azərbaycanda ÜDM-ın 3,6% artacağını proqnoz edir. Belə olan halda aktiv bizneslərin düzgün fəaliyyəti real nəticə verəcək. Yəni iş görən pul qazanacaq. Bu proqnoz biznesmenləri aktiv olmağa çağırır və belə də olacaq. İnnovativ gənc biznesmenlər konservativləri rəqabətdə üstələyəcəkdir. Ən böyük risklərlə heç risk etməyənlər üzləşəcək.

 

Devalvasiya baş verməyəcək və manatın məzənnəsi stabil qalacaqdır. Mərkəzi bank bizneslərin aktivləşməsi halında faizləri endirmək üçün siyasət tətbiq edir. Büdcə xərclərinin artması bizneslərə satış imkanı yaradır və bu da multiplikator rolu oynayaraq iqtisadi artımı dəstəkləyəcək.

 

Vergi və gömrük sistemində ciddi müsbət dəyişikliklər baş verib. Stimullaşdırıcı vergi sistemi qurulub. Artıq işi bilən biznesmenlər fəaliyyətlərini şəffaflaşdırıblar və ya bu prosesi davam edirlər. Zaman keçdikcə şəffəf bizneslər qeyri-şəffafları rəqabətdə üstələyəcək. Səbəb odur ki, şəffaf biznesin xərcləri digərinə nisbətən az olacaq və rəqabətdə o, qazanacaq.

 

-Şəffaf iş aparan bizneslər hansı üstünlükləri əldə edirlər?

 

Şəffaflıq nəzarəti artırmağa, prosesləri sadələşdirməyə, dəqiq qərarlar verməyə, bazar araşdırması edə bilməyə, vaxtdan səmərəli istifadə etməyə kömək edəcək. Bu da biznesin effektivliyini artıracaq. Qeyri-şəffaf bizneslər isə cərimə və məhkəmə prosesləri ilə vaxt itirəcəklər və effektivlik aşağı düşəcək.

 

Şəffaf bizneslər daha ucuz vəsait cəlb edə biləcəklər. Bu isə daha çox layihəni həyata keçirməyə və iqtisadiyyatın inkişafına səbəb olacaqdır. Şəffaf bizneslər investorları da aktivləşdirəcəkdir. İnvestorlar rahat şəkildə şirkətlərin səhmlərini alacaqlar. Beləliklə, əhalinin yığımları daha səmərəli istifadə ediləcəkdir və iqtisadi artımı dəstəkləyəcəkdir.

 

-Xarici bazarlardakı proseslərin Azərbaycana təsirini necə proqnoz edirsiniz?

 

-Digər ölkələrdə baş verəcək resessiyalar bizə təsir edə bilməyəcək. Əsas səbəb neftin qiymətini 50 dollardan aşağı düşməyəcəyi proqnozudur. Digər tərəfdən iqtisadi artıma hesablanmış mərkəzləşmiş siyasəti dövlət mövcud resursları ilə dəstəkləyəcəkdir.

 

Xarici bazarlardakı qeyri-müəyyənlik bir çox yerli biznesmenlərin və investorların vəsaitlərinin ölkəmizə geri qaytarmasına səbəb olacaqdır. Eyni zamanda artıq 2 ildən çoxdur ki, xaricə investisiya etmiş və bir çox hallarda zərər etmiş biznesmenlər vardır. Bu şəxslər nəğd vəsaitlərini (yığımlarını) ölkəmizə investisiya edəcəklər. Dollarda demək olar ki, heç bir qazanc əldə etməyən investorlar manata keçməli olacaqlar və manatda depozit və istiqrazlara yatırım edəcəklər.

 

-Qiymətli kağızlar bazarında vəziyyətin necə olacağını gözləyirsiniz?

 

-İstiqraz bazarı ən azı 50%-dən çox böyüyəcəkdir və insanlar istiqraza daha çox yatırım edəcəklər. Xüsusilə orta və kiçik şirkətlər istiqraz buraxacaq və əhali də onları alacaqdır. Səhm bazarı 3-4 böyük şirkətin dividend verməsi ilə aktivləşəcəkdir.

 

İnvestisiya fondlarının açılması prosesi sürətlənəcək və ilk fond açılacaqdır. İnvestisiya fondları əhalinin əsas investisiya alətinə çevrilə bilər. Özəl pensiya fondları haqqında qanunvericilik formalaşa bilər və ola bilsin ki, ilk fond yaransın. Bu iqtisadiyyata güclü dəstək ola bilər.

 

-Sizcə, 2019-cu ildə investorlar və investisiya axtarışında olanlar necə hərəkət etməlidirlər?

 

Bu, söhbətin kimdən getməyindən çox asılıdır. Bu, nəğd dolları olan investor, daşınmaz əmlakı olan investor, vəsaitini heç kimə etibar etmək istəməyən və ya göstərmək istəməyən investor, innovativ, lakin investisiyaya ehtiyacı olan gənc biznesmen, konservativ biznesmen, yaşlı və ya gənc, bilgili və ya bilgisiz, tələbə və ya işçi ola bilər. İstənilən halda fərdi investisiya məsləhəti almaq, fəal və pozitiv olmaq lazımdır.

05.03.2019 05:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ