Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Kənd Qadınları Assosiasiyası yaradılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Kənd Qadınları Assosiasiyası yaradılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın kəndlərində fəaliyyət göstərən fermer qadınların iştirakı ilə Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) yaradılıb.

 

Bu gün assosiasiyanın təqdimat mərasimi keçirilib.

 

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, bu assosiasiya vasitəsilə qadınlar regional və ölkə səviyyəsində şəbəkələşəcək.

 

“Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş assioasiyasiyanın 350 üzvü var. Biznesini qurmaq istəyən üzv qadınlara əllərindəki vəsaitə uyğun birdəfəlik qrant ayrılır. Bu ayın sonuna qədər AKQA-ya 500 nəfər kənd qadınını özündə birləşdirən 40 Qadın İnkişaf Qrupunun üzv olması gözlənilir. Assosiasiyanın özəyi olan Qadın İnkişaf Qruplarının yaradılmasına ötən ilin martından Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi II Kənd İnvestisiya Layihəsi çərçivəsində başlanılıb. İndiyə qədər 361 qadını özündə birləşdirən 30 Qadın İnkişaf Qrupu yaradılıb. Bunlardan 17-si artıq aqrar sahədə biznes qurub. Vəzifəmiz ilk növbədə kənd təsərrüfatını inkişaf etdirmək olsa da, kənd yerlərində məşğulluğun artırılması, əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə qadınların bütün təşəbbüslərini dəstəkləyirik", - o qeyd edib. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

05.03.2019 09:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ