Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Səudiyyə Ərəbistanı Azərbaycana investisiya qoyuluşunda maraqlıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə Ərəbistanı Azərbaycana investisiya qoyuluşunda maraqlıdır

İqtisadiyyat naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyasının həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Reklam_3_11

Görüşdə Şahin Mustafayev bildirib ki,Səudiyyə Ərəbistanı şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 370 milyon dollar investisiya yatırıb. Səudiyyə İnkişaf Fondu ilə məktəb tikintisi, kanal və yol tikintisi sahələrində uğurlu maliyyə əməkdaşlığı həyata keçirilib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlər davam etdirilir. Son illərdə Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası birgə Komissiyasının iclası, həmçinin iş adamları arasında təşkil edilmiş işgüzar görüş ölkələrimiz arasında əməkdaşlığa töhfə verir.

 

İqtisadiyyat naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanı iş adamlarını Azərbaycandakı əlverişli işgüzar şəraitdən yararlanmağa, sənaye parklarına və məhəllələrinə, aqroparklara investisiya yatırmağa dəvət edib.

 

Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyasının həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömər Azərbaycandakı sabitlikdən, inkişafdan məmnunluğunu, ölkəsinin Azərbaycana investisiya qoyuluşunda marağını diqqətə çatdırıb, iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

 

Görüşdə energetika, investiyalar, alternativ enerji, kənd təsərrüfatı, kimya, turizm sahələrində əməkdaşlıq, birgə layihələrin icrası və s. məsələlər müzakirə edilib.

 

İbrahim bin Əbdülrəhman əl-Ömər Səudiyyə Ərəbistanı iş adamlarının Azərbaycan sahibkarları ilə fəal əməkdaşlıqda maraqlı olduqlarını bildirib və bu məqsədlə hər iki ölkənin biznes dairələrinin faydalana biləcəyi elektron bazanın yaradılmasını təklif edib. 

05.03.2019 10:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ