Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanlı "Beşiktaş" fanatları Ağcabədidə xeyriyyə aksiyası keçiriblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı "Beşiktaş" fanatları Ağcabədidə xeyriyyə aksiyası keçiriblər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Türkiyənin "Beşiktaş" idman klubunun Azərbaycanlı azarkeşləri cəbhəyanı kəndlərə baş çəkərək şagirdlərə hədiyyələr veriblər.

 

Reklam_3_11

Azərbaycanlı “Beşiktaş”lılar martın əvvəlində Ağcabədi rayonunun Mişni kənd tam orta məktəbində təhsil alan uşaqlarla görüşüblər.

 

Şagirdlərə  müxtəlif kitablar, məktəb ləvazimatları, üzərində "Beşiktaş"ın simvolları həkk olunmuş formalar, şərflər və papaqlar həddiyə olunub. Məktəblilərlə söhbət edib, onların arzuları barədə danışan “Beşiktaş”lı gənclər bir daha görüşmək ümidi ilə birlikdə xatirə fotosu çəkdiriblər.

 

Bu səfər “Kənd məktəblilərinə yardım” şüarı ilə keçirilən aksiyanın dördüncü tədbiri idi. Azərbaycanlı “Beşiktaş”lılar qrupu bir neçə ay əvvəl Ağdam və iki dəfə Daşkəsən rayonunun cəbhəyanı kəndlərinə səfər edərək oradakı məktəblilərlə görüşmüşdü. Qrup gələcəkdə belə xeyriyyə aksiyalarının Azərbaycanın digər bölgələrində də keçirilməsini planlaşdırır. Yardım aksiyası hər kəs üçün açıqdır, kampaniyaya dəstək olmaq istəyən şəxslər “Facebook”da “Kənd məktəblərinə yardım” səhifəsinə müraciət edərək öz töhfələrini verə bilər.

05.03.2019 12:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ