Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“İşbazlar” sahibkarlardan əlavə pul tələb edirlər - SAHİBKARLARA MÜRACİƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İşbazlar” sahibkarlardan əlavə pul tələb edirlər - SAHİBKARLARA MÜRACİƏT

"Son günlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciətlərin araşdırılması zamanı idxal-ixrac əməliyyatları və qida təhlükəsizliyi qeydiyyatı prosesində sahibkarlıq subyektlərindən müxtəlif vasitəçilər, “işbazlar” tərəfindən qanunvericilikdə nəzərdə tutulmayan əlavə xərclərin tələb olunması faktları aşkar olunmuşdur. Bu kimi hallar sahibkarlar üçün yaradılmış şəffaf və sadələşdirilmiş prosedurların həyata keçirilməsinə süni maneələr yaratmaqla yanaşı, müəyyən neqativ halların meydana çıxmasına şərait yaradır".

 

Reklam_3_11

Bu barədə "Marja"ya Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

 

Qeyd edək ki, AQTA tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə idxal-ixrac əməliyyatları, qida təhlükəsizliyi qeydiyyatı və sertifikatı, bitki mənşəli məhsullar üçün fitosanitar, heyvan mənşəli məhsullar üçün baytarlıq sertifikatları verilir. Bununla bağlı olaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda sahibkarlıq subyektləri tərəfindən müvafiq olaraq aşağıdakı rüsumların ödənilməsi nəzərdə tutulmuşdur.

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən icazə sənədləri üçün tarif cədvəli

RÜSUMUN TƏYİNATI

RÜSUMUN MƏBLƏĞİ

18.66.1. Baytarlıq şəhadətnaməsinin verilməsi (bir sənəd) -

5 manat

18.66.2. Baytarlıq sertifikatının verilməsi (bir sənəd) -

20 manat

18.66.3. Baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi (bir preparat) -

 

100 manat

18.66-1. Qida təhlükəsizliyi sertifikatının verilməsi -

20 manat

18.67.1. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsi (bir sənəd) -

100 manat

18.67.2. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə idxal karantin icazəsinin verilməsi (bir icazə) -

10 manat

18.67.3. Fitosanitar sertifikatlarının verilməsi üçün:

18.67.3.1. Bir poçt göndərişinə (dəst) -

 

18.67.3.2. Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) -

 

 

 

2 manat

 

 

10 manat

18.67-1.2.Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı reyestrindən çıxarışın verilməsi -

18.67-1.3. Reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi -

18.67-1.4. Rreyestrdən çıxarışın dublikatının verilməsi -

 

150 manat

 

 

 

                          50 manat

 

 

10 manat

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bir daha  qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməklə, sadələşdirilmiş idxal-ixrac əməliyyatları və qida təhlükəsizliyi qeydiyyatı prosedurlarında heç bir vasitəçi olmadan iştirak etsinlər. Eyni zamanda qanunvericilikdə nəzərdə tutulan dövlət rüsumlarından əlavə hər hansı bir qanunsuz tələblərlə qarşılaşdıqda bununla bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına və Agentliyin 1003 “Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

06.03.2019 06:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ