Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Şirkətimi qardaşıma dövr etmişəm, ona hər gün məsləhətlər verirəm"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Şirkətimi qardaşıma dövr etmişəm, ona hər gün məsləhətlər verirəm"

“1995-ci ildə dövlət işindən çıxdım. O vaxt neft müqavilələri bağlananda düşündük ki, neftin ən qorxduğu şey yanğındır. Azərbaycanda da yanğınsöndürən avadanlıqlar yox idi. İlk istehsalımız yanğınsöndürən avadanlıqları oldu.

 

Türkiyədən özümüzə həmkar tapdıq. Onlar bizə borc kimi bir maşın yanğınsöndürən avadanlıq  göndərdilər. Biz də onları satdıq, bundan sonra türklərin etimadını qazandıq. Mən onlara sübut edə bildim ki, burada da müəssisə yaratmaq olar. Beləliklə, Türkiyə-Azərbaycan müştərək müəssisəsi yaratdıq.

 

Axırda bu gün “Kaspi Yıldız” adlı şirkəti ərsəyə gətirdik. Təsisçisi mən olmuşam. Bu gün o zavodda 120 insan çalışır. 2010-cu ildə deputat seçildikdən sonra zavodu bütövlükdə qardaşıma dövr etdim”.

 

“Marja” xəbər verir ki, bunu müsahibəsində Milli Məclisin deputatı İqbal Məmmədov bildirib.

 

O müsahibsəində deyib:

 

2004-cü ildə cənab Prezident tərəfindən regionların inkişaf proqramı hazırlandı. Regionların inkişafı ilə bağlı ilk dəfə olaraq 5 nəfərə “Tərəqqi” medalı verildi. Onlardan biri də mən idim.

 

2002-ci ildə Prezident yanında Sahibkarlar Şurası yaradılmışdı, onun 25 üzvündən biri də mən olmuşam. Regionların inkişaf proqramlarına görə, qarşımıza tələb qoyulmuşdu ki, bölgələrdə iş yerləri açaq.

 

O zaman Lənkəran-Lerik yolunun çəkilməsi üçün dövlət tərəfindən vəsait ayrılmışdı. Qum, çınqıl İmişlidən, Siyəzəndən daşınırdı. Biz ilk sərmayəmizi bu sahəyə qoyduq. 40-a yaxın iş yeri oldu. Sonra kərpic sexi yaratdıq. Gördük ki, Lənkəran-Lerik yolunun üstündə normal səviyyəli yeməkxana, kafe yoxdur.

 

Cənab Prezident mənə “Tərəqqi” medalı verdikdən sonra, rayonla ilgilənməyə başladıq. İşıq, qaz, su problemləri həll olunurdu. Azərbaycanın ən gözəl yerlərindən biri olan Lerikə sərmayə qoyduq, “Relax” istirahət mərkəzini tikməklə turist cəlb etdik.

 

- Səmimi danışaq, bu gün necə, biznesiniz varmı? 

 

- Bunu inkar etsəm, düz olmaz. Mən bayaq dediyim şirkətin təsisçisiyəm. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişik. Bu gün də təsisçi kimi qalıram. Amma onun işlətməsi ilə məşğul olmuram.

 

- Qanunvericiliyə görə, deputat biznes fəaliyyəti ilə məşğul ola bilməz. İndi dediyinizdən belə nəticə çıxarmaq olarmı ki, İqbal Məmmədov biznesindən imtina etməyib?

 

- Bizneslə məşğul deyiləm. 2010-cu ildə işlətməciliyi başqasına dövr etmişəm. Amma inkar etmirəm ki, mənim bu gün də həmin şirkətdə məsləhətlərim var. İqtisadiyyat üzrə fəlsəfə doktoruyam. Dünyagörüşüm iqtisadiyyata əsaslanır. Qardaşıma hər gün məsləhətlər verirəm.

 

Çox sevinirəm ki, o da iqtisadçı olduğu üçün yaxşı işləyir. Ona tövsiyəm bu olub ki, istehsalatla məşğul olsun! Deputat olduğuma görə isə bütün əmlakımdan keçəsi deyiləm. O şirkətdən illik mənfəət çıxarılırsa, ondan gəlir mənə çata bilər. Bundan kim imtina edə bilər ki?!

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Modern

06.03.2019 06:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ