Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

2018-də Azərbaycan 2 milyard dollar kreditin cəlb olunması məqsədilə sazişlər imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
2018-də Azərbaycan 2 milyard dollar kreditin cəlb olunması məqsədilə sazişlər imzalayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan hökuməti 2018-ci ildə beynəlxalq və kommersiya maliyyə-kredit təşkilatlarından 2 mlrd. 2,34 mln. dollar məbləğində kreditin əldə olunmasını nəzərdə tutan 6 kredit sazişi imzalayıb. Bu barədə hökumətdən məlumat verilib.

 

Reklam_3_11

Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycan 3 mlrd. 420,98 mln. dollar ümumi məbləğdə 8 kredit sazişi imzalayıb.

 

“2018-ci 7 layihənin maliyyələşdirilməsi məqsədilə 2 mlrd. 2,34 mln.dollar məbləğində 6 saziş imzalanıb”, - hökumətdən bildiriblər.

 

Xüsusilə, ötən il Azərbaycan hökuməti AYİB ilə 450 mln. dollar, AİB ilə 400 mln. dollar məbləğində 2 saziş imzalayıb.

 

Bundan əlavə, sindikatlaşdırılmış kreditin cəlb olunmasına dair (750 mln.dollar), "Credit Suisse AG" bankı ilə (134 mln. İsveçrə frankı), "Qazprombank" ilə (260 mln. dollar) məbləğində saziş imzalanıb.

 

Kredit vəsaiti “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi, dəmir yollarının inkişafı, Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidənqurulması, kimya sənayesinin modernləşdirilməsi, dəmir yolları parkının yenilənməsi məqsədilə cəlb olunub.

 

Ümumilikdə, 1994-2018-ci illər ərzində Azərbaycan hökuməti dövlət zəmanəti ilə 14 mlrd. 169 mln. dollar məbləğində kredtlərə dair sazişlər imzalayıb. Bu vəsaitin 12 mlrd. 393,9 mln.dolları sərf olunub.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “İnterfaks-Azərbaycan”

06.03.2019 09:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ