Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın hər bir vətəndaşına 895 dollar xarici borc düşür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın hər bir vətəndaşına 895 dollar xarici borc düşür

2019-cu il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu 8 mlrd. 927,1 mln. dollar təşkil edir. Bu barədə hökumətdən məlumat verilib.

 

Xəbər verildiyi kimi, 2018-ci il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu 9 mlrd. 398,3 mln. dollar təşkil etmişdi. Beləliklə, ötən il xarici borc 5% azalıb.

 

“2019-cu il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu  8 mlrd. 927,1 mln. dollara və ya ÜDM-nin 19%-nə bərabərdir. Xarici borcun strukturunda 4 mlrd. 997,7 mln.dollar  və ya 56% hökumətin cəlb etdiyi kreditlərin, 3 mlrd. 157,9 mln. dollar və ya 35,4% xarici valyutada dövlət qiymətli kağızlarının, 771,5 mln. dollar və ya 8,6% xarici dövlət borcu sayılan şərti öhdəliklərin payına düşüb”, - deyə məlumatda bildirilir.

 

2018-ci ildə Azərbaycan 875,2 mln. dollar məbləğində kredit istifadə edib.

 

Ötən il xarici borca xidmət göstərilməsi üçün dövlət büdcəsindən 1 mlrd. 218,8 mln. dollar yönəldilib, bunun 920,1 mln. dolları əsas borc, 298,7 mln. dolları isə faiz ödənişlərinin payına düşüb.

 

1 yanvar 2019-cu il tarixinə əhalinin hər nəfərinə düşən xarici borcun məbləği 895 dollar təşkil edir.

 

Prezident İlham Əliyev 2018-ci il avqustun 24-də “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nı təsdiq edib.

 

Sənədə əsasən 2026-cı ilə kimi Azərbaycanın xarici borcu 2017-ci ilin sonuna ÜDM-nin 22,8%-dən ÜDM-nin 12%-dək azalacaq. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “İnterfaks-Azərbaycan” 

06.03.2019 09:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ