Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Nazir: "Dövlət məişət tullantılarından əlini çəksə, qiymətlər 15 dəfə artar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: "Dövlət məişət tullantılarından əlini çəksə, qiymətlər 15 dəfə artar"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Dövlət məişət tullantılarının idarə edilməsi sistemindən əlini çəksə, qiymətlər 15 dəfə artar".

 

Bunu Bakıda keçirilən "İqtisadiyyatın Şaxələndirilməsi - Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum"da əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iqtisadçı-ekspert Samir Əliyevin dövlətin kommunal sektordan çəkilməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib.

 

“Biz də sizinlə razıyıq ki, ideal vəziyyətdə dövlət tənzimləyici funksiyaları həyata keçirir. Lakin Azərbaycanda bu, heç də asan deyil. Bu gün təkcə məişət tullantılarının idarə edilməsindən dövlət geri çəkilsə, qiymətlər 15 dəfə artar. Bunun sosial təsirlərini qiymətləndirə bilərsinizmi? Yəni, tarifləri 15 dəfə qaldırmalıyıq. Yaxud su təchizatı sistemindən dövlət geri çəkilsə, tariflər dəfələrlə qalxmalıdır. Biz Dünya Bankı ilə məişət tullantılarının idarə olunması ilə bağlı 15 illik proqram hazırladıq. Çünki tədricən dövlət bu sektordan çəkilməlidir. Bir poliqonun tikintisinə 40 mln ABŞ dolları, onun saxlanmasına isə 10 mln. dollar xərc lazımdır. O xərcləri çıxarmaq üçün Avropadakı kimi gərək bir ailənin aylıq ancaq məişət tullantıları xərci 30-50 avroya çatsın. Bu gün Azərbaycan ailəsini o qədər yükləmək olmaz”,- nazir deyib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

06.03.2019 13:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ