Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Sədr: “AccessBank”ın kollektivinin 35%-i xanımlardır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sədr: “AccessBank”ın kollektivinin 35%-i xanımlardır

(®) “AccessBank”ın işçi heyətinin təxminən 35%-i xanımların payına düşür.

 

Bu barədə bankın İdarə Heyətinin sədri Anar Həsənov Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Cəmiyyətdə qadın menecerin rolu” adlı tədbirdə çıxışı zamanı bildirib.


“Əgər bir cəmiyyətdə qadın menecerlərin rolundan danışırıqsa, qeyd etməliyəm ki, ölkənin ən iri işəgötürənlərindən biri olan “AccessBank”da menecer olan xanımların sayı az deyil. Onlar department və filial rəhbəri kimi məsuliyyətli vəzifələrdə çalışırlar. Bir şey dəqiqdir ki, onlar işinin öhdəsindən layiqincə gəlir. Hər bir kollektivdə olduğu kimi, “AccessBank”ı da gözəlləşdirən məhz bizim xanımlardır”, - deyə o vurğulayıb.


Onun sözlərinə görə, idarəçiliklə məşğul olan bir çox xanımlar eyni zamanda həm möhkəm olmağı, həm incəlik və zərifliyini qorumağı bacarmalıdır: “Heç kəsə sir deyil ki, onların qayğıları yalnız iş yeri ilə bitmir. Çünki onlar menecer olmaqla yanaşı, həm ana, həm də həyat yoldaşıdır. Bu isə xanımların çiynində hansı yükün olmasından xəbər verir”.


Xanım və kişi menecerləri müqayisə edən bankir bildirib ki, qadınlar nisbətən çevik, diplomatik, ünsiyyətçil olduğu üçün idarəçiliyi daha yaxşı bacarırlar. Daha bir üstünlük kimi Anar Həsənov qəti qərarların xanımlar tərəfindən daha tez qəbul olunduğunu qeyd edib: “Sözsüz ki, “qadın intuisiyası”nın burada rolu böyükdür”.


Tədbirin sonunda Anar Həsənov bütün xanımları qarşıdan gələn 8 mart münasibətilə təbrik edib, onlara daim xoşbəxt olmağı və gülərüz qalmağı arzulayıb.

06.03.2019 14:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ