Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Alimlərimizdən yeni taxıl sortu - 90 sentnerə qədər dən verir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Alimlərimizdən yeni taxıl sortu - 90 sentnerə qədər dən verir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Dövlət Aqrar Universitetinin alimləri buğda və çovdarın hibridindən bioloji və təsərrüfat xüsusiyyətləri ilə seçilən tritikale - yeni taxıl sortu yaradıblar.

 

Bu barədə  Azərbaycan Dövlət Aqrar Universitetinin taxıl və paxlalı bitkilər laboratoriyasının müdiri, əməkdar kənd təsərrüfatı işçisi Firudin Qurbanov məlumat verib.

 

Alim bildirib ki, 25 ildən artıq bir dövrdə Aqrar Universitetin alimlərinin üzərində çalışdığı və “Qismət” adı verilən yeni taxıl sortu 3 il bundan qabaq Azərbaycan Dövlət Sort Sınaq Komissiyasına təqdim edilib və bu müddətdə təcrübə məntəqələrində sınaqdan keçirilib. Sortun bütün göstəriciləri standart-nəzarət sortundan üstün olduğu üçün komissiya “Qismət” tritikalenin rayonlaşdırılması və dövlət reyestrinə salınması barədə qərar qəbul edib. Bu vaxta qədər yalnız 3 sort tritikalenin dövlət reyestrində qeydə alındığını deyən alim bildirib ki, “Qismət” bir sıra müsbət bioloji və təsərrüfat göstəriciləri ilə kənd təsərrüfatının heyvandarlıq sahəsində, xüsusən də yem bazasının inkişafına böyük töhfədir.

 

Yeni sortun bioloji xüsusiyyətlərindən danışan alim deyib ki, bu bitki Azərbaycan Dövlət Aqrar Universitetinin təcrübə sahəsində tritikalenin qarışıq hibrid populyasiyasından fərdi seçmə yolu ilə alınıb. “Qismət” tritikale ortaboylu olub, soyuğa qarşı davamlıdır. Yarpaqları və sünbülü iridir. Güclü kollanma qabiliyyətinə malikdir. Sünbülündə seyrəkdənlilik olmur. Sürmə xəstəliyinə tutulmur. Bitki gec yetişəndi, lakin “Samur” sortundan 1-3 gün tez yetişir. İntensiv texnologiya şəraitində hektardan 90 sentnerə qədər dən, 120 sentnerədək küləş və ya 500-550 sentnerə qədər yaşıl kütlə almaq mümkündür.

 

Firudin Qurbanov bildirib ki, yeni sortun yaradılmasında məqsəd respublikamızın suvarılan Aran rayonlarında dən və yaşıl kütlə üçün yüksək məhsuldar, xarici mühitin əlverişli amillərinə, xəstəlik və zərərvericilərə qarşı daha davamlı taxılın əldə edilməsi olub. Yeni sort üzərində aparılan fenoloji müşahidələr göstərir ki, “Qismət” ən yaxşı rayonlaşmış standart sorta nisbətən yüksək dən və yaşıl kütlə çıxımı verir. Yeni sortu dən və yem məqsədi ilə respublikanın suvarılan aran rayonlarında və alaqlara güclü sirayətlənmiş sahələrdə becərilməsi məsləhət görülür.

 

“Qismət” tritikale sortunun təsərrüfat xüsusiyyətlərindən danışan alim deyib ki, tritikale yüksək məhsuldarlıq potensialı ilə fərqlənir. Tərkibində çoxlu miqdarda zülal və əvəzedilməz amin turşularının (lizin, triptofan) olması bu bitkinin ərzaq və yemlik dəyərini müəyyən edir. Buğda və çovdar hibridi olan yeni sort özündə hər iki buğdaya xas müsbət irsi əlamətləri birləşdirib. Unundan 20-30 faiz buğda ununa qatdıqda yaxşı çörək alınır. Onun küləşindən heyvandarlıqda yem və döşənək kimi istifadə olunur. Tritikaledə buğdaya nisbətən 1-1,5 faiz, çovdara nisbətən 3-4 faiz çox zülal var.

 

© Azərtac

 

03.03.2017 08:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ