Mobil manşet üstü reklam_21

Meyvəçiliyin inkişafına dair Dövlət Proqramı hazırlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Meyvəçiliyin inkişafına dair Dövlət Proqramı hazırlanıb

Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə meyvəçiliyin inkişafına dair Dövlət Proqramı” layihəsinin ictimai müzakirəsi keçirilib. İctimai müzakirədə nazirlik təmsilçiləri, icra strukturlarının nümayəndələri və fermerlər iştirak ediblər.

 

Reklam_3_11

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə meyvəçiliyin inkişafına dair Dövlət Proqramı hazırlanıb: "Bu proqram çox vacib sənədlərdən biridir. Proqramın əsas məqsədi bu sahədə daha yüksək inkişafa, məhsuldarlığı artırmağa nail olmaqdır. Bildiyiniz kimi, meyvəçilik aqrar sahənin prioritet istiqamətlərindən biridir. Azərbaycanın iqlim şəraiti daha çox məhsuldarlıq üçün münbit şərait yaradır. Meyvəçilik ölkəyə valyuta axınına imkan verən, məşğulluğu təmin edən, əmək tutumlu önəmli bir sahədir. Müasir dünyada intensiv bağçılıqdan geniş istifadə olunur. Biz də minimum ərazilərdə maksimum məhsuldarlıq əldə etməyə çalışmalıyıq. Bu sahədə fermerlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə ehtiyac var. Aqrar sahəyə daimi dövlət dəstəyi var. Dövlət Proqramında meyvə istehsalı sahəsində mövcud potensialdan tam istifadə edilməsi nəzərdə tutulur”.

 

Nazir qeyd edib ki, Dövlət Proqramı layihəsində meyvəçiliyin regionlar üzrə ixtisaslaşması, meyvə emalı müəssisələrinin yaradılması, meyvə qurusu istehsalı sahəsinin inkişaf etdirilməsi ilə əlaqədar müvafiq tədbirlər nəzərdə tutulub.

Daha sonra nazir İnam Kərimov fermerlərin suallarını cavablandırıb.

 

Tədbir zamanı Aqrar Tədqiqatlar Mərkəzinin İqtisadi təhlil və proqnozlaşdırma bölməsinin aparıcı mütəxəssisi Eldar Quliyev “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə meyvəçiliyin inkişafına dair” Dövlət Proqramı layihəsi ilə bağlı təqdimat edib. Təqdimatdan sonra keçirilən müzakirələrdə ölkədə meyvəçiliyin mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub. Tədbirin sonunda analoji ictimai müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.

07.03.2019 13:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ