Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Novruz gəlir, hansı otellərdə boş yer qalıb?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Novruz gəlir, hansı otellərdə boş yer qalıb?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qarşıdan Novruz bayramı gəlir. Bu münasibətlə 9 gün ardıcıl iş olmayacaq. Bu isə o deməkdir ki, həm yerli turistlər, həm də əcnəbilər ölkədə yerləşən istirahət mərkəzlərinə üz tutacaqlar.

 

Artıq indidən əksər hotellərdə nömrələr bron edilib. Boş nömrələri olan hotelləri təqdim edirik.

 

Qəbələ hotelləri

 

Məlumat üçün bildirək ki, Qəbələdə yerləşən əksər hotellərdə  artıq  bütün nömrələr bron edilib. Yalnız müəyyən günlər üçün ən yaxşı halda 1 və ya 2 günlük nömrə bron edə bilərsiz.

 

Qafqaz Tufandag Mountain Resort Hotel” və “Qafqaz Riverside Hotel”-də demək olar ki, boş yer qalmayıb. “Qafqaz Sport Hotel” –də qonaqları çox olanlar siyahısındadır.  “Karvansaray” hoteldə isə bayram ərəfəsində yer tapmaq olar. Belə ki, 28-31 martda hoteldə nömrə bron etmək olar. “Qafqaz Thermal & Spa Hotel”-də isə 29-31 marta kimi hələ ki, boş yerlərin olduğu bildirildi.

 

Şahdağ hotelləri

 

Quba-Qusarda yerləşən hotellərdə isə Qəbələ ilə müqayisədə hələ ki, boş nömrələr var. Belə ki, İstər “Şahdağ Hotel” istərsə də “Zirvə” hoteldə Novruz bayramı ərəfəsində boş nömrələrin sayı yetərli qədərdi. Həmçinin, Şahdağda yerləşən “Pik Palace Shahdağ Hotel”və “Park Chalet Hotel”də  də boş nömrələr tapmaq mümkündür.

 

Qeyd edək ki, bəzi hotellər Novruz bayramı ilə əlaqədar  qiymətlərdə müəyyən qədər artım ediblər. Bu siyahıya Qax-İlisuda, Şəkidə və Lənkəran ərazisində yerləşən bəzi hotellərin adlarını daxil etmək olar.

 

“Qax-İlisu”

 

Qax-İlisu ərazisində yerləşən “Səngər Qala” və “Yaşıl Park istirahət” mərkəzində yetərincə boş nömrələr var. Adı çəkilən ərazidə yerləşən digər bir hotel “El Resort”dan bildirdilər ki, hazırda hoteldə çoxlu sayda qonaqlar var, amma boş nömrələr bron etmək də mümkündür. Həmçinin hotel rəsmisi 20-25 mart tarixlərində standart nömrələrdə gecələmənin 138 manat olduğunu, lakin 25-i tarixindən sonra bu qiymətlərin yenidən əvvəlki, qiymətə 108 manat olacağını bildirdi.

 

Şəki hotelləri

 

Şəkidə yerləşən hotellərə gəlincə, bu bölgədə yerləşən hotellərdə doluluq səviyyəsinin hər gün artdığını bildirdilər. Hazırda “Marxal Hotel”də boş yerlərin olduğu bildirildi. Bu hoteldə qiymətlər də açıqlanıb. 17-25 martda standart nömrələrinin qiyməti 170 manat olacaq. 25 mart tarixindən sonra isə bu göstəricinin 90 manata endiriləcəyi qeyd edildi.

 

“Şəki Park Hotel” və “Şəki Palace Hotel”də isə əksər yerlərin bron edildiyi bildirildi.

 

Lənkaran hotelləri

 

Yetərincə boş nömrələri olan yerlərdən biri də cənub zonasında yerləşən mehmanxanalardır. Belə ki, bu bölgədə yerləşən hotellərdə demək olar ki, istənilən tarixdə boş yerlər tapmaq olar.

 

“Qafqaz Sahil Hotel”-də yalnız 24-27 martda yerlərin bron edildiyi bildirildi. “Xan Lənkəran Hotel”də də yetərincə boş yerlər var.

 

“Palmalife Lənkaran Resort” da boş  nömrələri olan hotellərdəndi.  Hotel bayram günləri ilə əlaqədər olaraq standart otaqların qiymətini 10 manat bahalaşdıraraq 70 manat edib.

 

© Fins.az

03.03.2017 09:41

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ