Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Avro Bölgəsi üçün iqtisadi artım və inflyasiya proqnozları aşağı salındı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro Bölgəsi üçün iqtisadi artım və inflyasiya proqnozları aşağı salındı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draghi, Bankın Mart ayı iclasının ardından pul siyasətinə dair açıqlamalar verib.
 

Faizlərdə dəyişikliyə getməyən Avropa Mərkəzi Bankı, açıqlamasında dəyişikliyə gedib. Daha əvvəl açıqlama mətnində "Ən azından 2019-cu ilin yayına qədər faizlərin sabit qalmasının nəzərdə tutulduğu" ifadəsi "Ən azından 2019 ərzində faizlərin sabit qalmasının nəzərdə tutulduğu" şəklində dəyişdirilib.
 

Reklam_3_11

Avro Bölgəsi iqtisadi artım və inflyasiya proqnozları aşağı salınıb.
 

Sədr Draghi-nin açıqlamalarına görə, AMB, Avro Zonası üçün 2019-cu il üzrə iqtisadi artım proqnozunu 1.7%-dən 1.1%-ə salıb. 2020-ci il üçün artım proqnozunu isə 1.7%-dən 1.6%-ə endirib. 
 

Avro Zonası üçün 2019-cu il üçün inflyasiya proqnozu 1.6%-dən 1.2%-ə, 2020-ci il proqnozu isə 1.7%-dən  1.5%-ə endirilib. 

 

Bu gün iclasda AMB, pul siyasəti faizini sıfırda, depozit faizini faiz mənfi 0.40%-də və marjinal maliyyələşmə faizini də 0.25%-də saxlayıb.

 

Qərarın və proqnozların aşağı salındığının açıqlanmasının ardından Avro ucuzlaşıb. Bakı vaxtı ilə saat 18:00-a olan məlumata görə, Avro/Dollar məzənnəsi 0,6% geriləyərək 1.1248 səviyyəsinə düşüb. 

07.03.2019 15:04

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ