Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avro Dollar qarşısında xeyli ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro Dollar qarşısında xeyli ucuzlaşdı

Avropa Mərkəzi Bankının Mart ayı iclasından sonra yeni kredit proqramını açıqlaması ilə əlaqədar olaraq Avro Dollar qarşısında ucuzlaşır. 
 
  
"Marja" xəbər verir ki, Avropa Mərkəzi Bankı bu gün keçirilmiş iclasında faizləri sabit saxlayıb. Lakin bəyanatında, faizlərin nə vaxtadək sabit qala biləcəyi barədə ifadələri dəyişib. Bəyantda, "Ən azı 2019-cu ilin yayına  qədər faizlərin sabit qalacağı" gözləntisi "Ən azı 2019-cu il ərzində sabit qalacağı" şəklində dəyişdirilib.  Bank yeni TLTRO (uzunmüddətli yenidən maliyyələşdirmə əməliyyatları) kredit proqramını açıqlayıb. 2 illik TLTRO 3 proqramı ilə Avro Bölgəsində banklara uzunmüddətli maliyyələşmə təmin olunacaq. AMB, inflyasiyanın orta müddətdə hədəfə yaxınlaşmasını hədəfləyir. 

Avropada iqtisadi inkişaf və inflyasiya ləngidiyindən faizlərin daha uzun müddət mövcud aşağı səviyyələrdə qalacağı gözlənilir. Yeni kredit proqramı yumuşaq pul siyasətinin davam edəcəyini göstərir.
 

AVRO 1 FAİZƏ YAXIN UCUZLAŞIB

 

Avro/dollar məzənnəsi bəyanatın ardından geriləməyə başlayıb. Bakı vaxtı ilə saat 22:40-da Dollar/Avro  məzənnəsi 1.1219 səviyyəsinə düşüb. Avro Dollar qarşısında 0,8% ucuzlaşıb.  .

07.03.2019 19:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ