Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Məktublarda müxtəlif şikayətlər də var"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Məktublarda müxtəlif şikayətlər də var"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda səfərdə olublar.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı sakinləri ilə də görüşüblər.

 

Görüşdə Prezident İlham Əliyev çıxış edərək deyib:

 

"Şamaxıda baş vermiş zəlzələ nəticəsində dağılmış bütün evlər yenidən tikiləcək, bərpa ediləcək. Bilirsiniz ki, zəlzələdən dərhal sonra mən Şamaxıya gəldim, vəziyyətlə tanış oldum. Dərhal göstəriş verdim ki, evlər qısa müddət ərzində bərpa edilsin, tikilsin. Bu gün artıq biz ilk evlərin, o cümlədən Saray nənənin evinin açılışını etdik. Bir neçə başqa ev də tikilib. İndi çoxmənzilli yeni binanın təməli qoyulacaqdır. Şamaxı, Ağsu, İsmayıllı rayonlarında minlərlə ev tikiləcək və yenidən bərpa ediləcək. Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Bizim sosial siyasətimiz güclü siyasətdir və zəlzələdən ziyan görmüş bütün evlər dövlət vəsaiti hesabına tikiləcək və bərpa ediləcəkdir.

 

Mənə dünən Ağsu rayonunda, eyni zamanda, bu gün Şamaxı rayonunda məktublar verilib. Bütün məktublara baxılacaq. Burada müxtəlif təkliflər, müxtəlif şikayətlər, xahişlər var. Məhkəmə işləri, evlə, işsizliklə, sosial ədalətsizliklə bağlı məktublar var. Hər bir məktuba diqqətlə baxılacaq. Xahiş edirəm məktubları mənim köməkçilərimə çatdırın. Mən özüm bunlara baxacağam və lazımi göstərişlər veriləcəkdir. Azərbaycan dövləti öz sosial siyasətini aparmaqda israrlıdır. Vətəndaşları narahat edən bütün məsələlər öz həllini tapacaq. Mən gəlmişəm sizdən bunu eşidim. Bu dəstəyə görə, bu hörmətə görə sizə təşəkkür edirəm, sizi bağrıma basıram. Əmin ola bilərsiniz ki, bütün məsələlər həll olunacaq".

08.03.2019 06:51

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ