Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yardımçı vəzifələrdə çalışan dövlət qulluqçularının maaşı artırılıb - SƏRƏNCAM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yardımçı vəzifələrdə çalışan dövlət qulluqçularının maaşı artırılıb - SƏRƏNCAM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

 

Sərəncam “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə imzalanıb. 

Sərəncama əsasən, bu il martın 1-dən Azərbaycan Respublikasının dövlət orqanlarında (Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəlikləri, konsulluqları və digər orqanların nümayəndəlikləri istisna olmaqla) qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği yardımçı vəzifələrdə çalışanlar üçün 165 manatdan 200 manata qaldırılıb. Bundan əlavə, 170 manat əməkhaqqı alanlar, müvafiq olaraq, 205, 175 manat alanlar 210, 185 manat alanlar isə 215 manat alacaqlar. 

09.03.2019 12:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ