Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bank 20 illik ipotekası üçün sorğu keçirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank 20 illik ipotekası üçün sorğu keçirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankı 20 illik ipotekanı daydırdıqdan sonra bir sıra tikinti şirkətlərinin satışları kəskin aşağı düşüb. İndiyədək tikinti mərhələsində mənzilləri 20 illik ipoteka krediti ilə rahat satmış şirkətlər, bu gün daxili kreditləri ilə satışları canlandırmağa çalışırlar. Lakin 3 -5 illik daxili kreditlərdə aylıq ödənişlərin 1500-3000 manat civarında olması mənzil alışına maraq yaratmır.

 

Reklam_3_11

“Marja”nın əldə etdiyi məlumata görə, Azərbaycan Beynəlxalq Bankı əvvəllər bankdan  ipoteka krediti götürmüş müştərilər arasında sorğu keçirir. Sorğu zamanı, müştərilərin ödəniş davamiyyəti, MTK-dan narazı olub-olmadıqları soruşulur.  Məlumata görə, sorğunun nəticəsindən asılı olaraq ipoteka krediti bərpa edilə bilər. Əvvəllər layihələri 20 illik ipoteka krediti ilə maliyyələşdirilmiş tikinti şirkətlərinin sakinlərinin MTK-dan ciddi narazılıqları və kreditin ödənişində çətinlikləri olmasa kreditin bərpa edilməsi üçün əsas yaranar.

 

Digər bir məlumata görə, Beynəlxalq Bank ipoteka kreditini ən azı illik 12%-lə bərpa edə bilər. Əvvəllər 8% ilə verilən kredit dayandırılmamışdan əvvəl 10% ilə ayrılırdı.

 

Azərbaycan Beynəlxalq Bankından “Marja”nın sorğusuna cavab olaraq bildirilmişdi ki, bu gün ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi hökumətin əsas prioritetlərindən biridir. Sərt monetar siyasət bu sabitliyin təmin olunması üçün zəruridir. Uçot dərəcəsinə yaxın faiz dərəcələri (15%) ilə qısamuddətli risksiz monetar alətlər olduğu halda, məhdud likvid manat vəsaitlərinin uzunmüddətli (20 il), həm də yüksək kredit və digər risklər daşıyan 10%-li kredit qoyuluşlarına yönəldilməsi Bank tərəfindən ən azı irrasional qərar olardı (ağılla dərk edilə bilməyən, məntiqə uymayan, məntiqcə izah edilə bilməyən - Red).

 

Gələcəkdə makroiqtisadi göstəricilərdən asılı olaraq, bank ipoteka layihələrinin bərpasına qərar verə bilər. Bankdan o da bildirildi ki, mənzil krediti layihəsi çərçivəsində ABB ilə əməkdaşlıq edən MTK-lardan yaşayış sahəsinin alınması məqsədilə borcalana verilmiş kreditin müvafiq meyarlarla digər potensial borcalanların adına keçirilməsi mümkündür.

05.03.2017 07:54

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ