Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan brendinin saxta restoranı istifadəyə verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan brendinin saxta restoranı istifadəyə verilib

Son vaxtlar şöbələrinin sayı artan və hər gün məşhurlaşan “Doneretto” restoranlar şəbəkəsi haqsız rəqabətlə üzləşdiyini açıqlayıb.  

 

“Marja” xəbər verir ki, Fevral ayında Şirvan şəhərində “Doneretto”nun loqosu və korporativ üslubu ilə restoran istifadəyə verilib. Bakıdakı “Doneretto” restoranından bildirilib ki, bunu adı oğurluqdur: “Bizim şirkətin Şirvan şəhərində heç bir filialı yoxdur. Bunu hər kəsin bilməsini istəyirik”.

 

Şirvan şəhərindəki restoranın İnstagram səhifəsində açıqlanıb ki, “Doneretto bir Rafiqoğlu brendidir".  Məlumata görə, Şirvan şəhəri Səməd Vurğun küç, 1 ünvanında yerləşən restoran 2 qardaş tərəfindən istifadəyə verilib.

Qeyd edək ki, hazırda, Bakıda 4 ünvanda (2-si Neftçilər metrosu çıxışında , N.Nərimanov metrosunun çıxışında və Bakıxanov qəsəbəsində "Aygun Mall"ın həyətində) "Doneretto" fast-fud restoranı fəaliyyət göstərir. Bakıda ilk "Doneretto" restoranı 2016-cı ilin Martında istifadəyə verilib. O zamandan bəyan edilib ki, "Doneretto" bir Azərbaycan brendidir.

 

“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının qanununa görə, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi rəqibin təsərrüfat fəaliyyətinin təqlididir. Əmtəə nişanının təqlidinə görə maliyyə sanksiyaları nəzərdə tutulub.

 

Əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).

 

Saxta olduğu bildirilən "Doneretto" restoranı

2016-cı ilin Martında Bakıda ilk istifadəyə verilmiş "Doneretto" restoranı

11.03.2019 05:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ