Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu il Moskvada daha üç “Azərbaycan nemətləri” mağazası açılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il Moskvada daha üç “Azərbaycan nemətləri” mağazası açılacaq

Moskvada “Azərbaycan nemətləri” mağazasının açılması Rusiyada ölkəmizin ticarət evləri sisteminin yaradılmasında ilk addım olub.

 

Bunu jurnalistlərə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib.

O bildirib ki, dünyanın bir çox ölkələrində Azərbaycan mallarının “Mаde in Azerbaijan” brendi ilə satışını təşkil etmək üçün ticarət evləri yaradılır. Çin, Birləşmiş Ərəb Əmirlikləri və Polşada bu layihə artıq həyata keçirilib. Rusiyada da belə ticarət evləri yaradılacaq: “Azərbaycan Ticarət Evi” sistemi 3 komponenti əhatə edir. Əvvələn, Azərbaycanın ixrac, turizm və investisiya potensialını təqdim edəcək sərgi-ekspozisiyalar təşkil ediləcək. İkincisi, ixrac üzrə ixtisaslaşdırılmış şirkət yaradılacaq. Ola bilsin, bu, fərdi tərəfdaşlıq zəminində həyata keçiriləcək. Çünki Azərbaycan istehsalçılarının heç də hamısının öz məhsullarını Rusiyaya ixrac etmək imkanı yoxdur. İxrac məhsulunun Rusiya bazarlarına çatdırılması üzrə vahid şirkət yaradılacaq. Özəl şirkətlər inkişaf etdikcə, məhsullarını Rusiyaya özləri ixrac edəcəklər.

 

Üçüncüsü, “Azərbaycan nemətləri” brendi ilə konseptual mağazalar açılacaq. Belə mağazaları ticarət nümayəndəliyi vasitəsilə, Azərbaycan dövlətinin dəstəyi və sahibkarların öz gücü ilə açmaq planlaşdırılır. Bəs bizim yardımımız nədən ibarət olacaq? Biz məhsulun Azərbaycandan daşınmasına, marketinq və qiymət siyasəti formalaşdırmağa, belə mağazalar vasitəsilə məhsulun satışına kömək edəcəyik.

 

Ticarət nümayəndəsinin sözlərinə görə, mağazaların formatı bu və ya digər məhsulda ixtisaslaşan kiçik mağazalardan tutmuş şərab, sənaye məhsulları mağazalarınadək müxtəlif cür ola bilər. O deyib: “Yaxın vaxtlarda Moskvadakı “Foot City” Ərzaq Mərkəzində, “Doroqomilov” bazarında və Leninqrad prospektində böyük “Azərbaycan nemətləri” mağazalarını açmaq planlaşdırılır. Bundan əlavə, apreldə Yekaterinburqda “Azərbaycan nemətləri” brendi ilə ixtisaslaşdırılmış şərab mağazasının açılması planlaşdırılır. Sankt-peterburqlu sahibkarlarla danışıqlar aparılır”.

 

Xəbər verdiymiz kimi, Moskvadakı “DEPO” qastromarketinin ərazisində Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə “Azərbaycan nemətləri” mağazası açılıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

11.03.2019 04:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ