Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rusiya OPEC-ə xəbərdarlıq edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya OPEC-ə xəbərdarlıq edib

OPEC və kartelə üzv olmayan neft ölkələri ötən ilin noyabrında Vyanada əldə edilən anlaşmanın vaxtını uzatmasa, Rusiya 2017-ci ildə neft hasilatını 548-551 mln. tona qədər artıra bilər.

 

Bunu Rusiyanın energetika naziri Aleksandr Novak "Reuters" agentliyinə müsahibəsində bildirib. Nazir qeyd edib ki, hazırda anlaşmanın uzadılması barədə danışmaq üçün tezdir. Əvvəlcə onun qlobal neft ehtiyatlarına təsirinin öyrənilməsi lazımdır.

 

"Bizim hesablamalara görə, əgər anlaşma uzadılamsa, o zaman Rusiya hasilatı 548-551 mln. tona çıxaracaq", - deyə nazir vurğulayıb. Qeyd edək ki, Rusiya 2016-cı ildə 547,5 mln. ton neft hasil edib. Analitiklər anlaşmaya qoşulan ölkələrdən hər hansı birinin öhdəliyinə əməl etməməsi durumunda onun qüvvədən düşəcəyindən ehtiyat edirlər.

 

Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələrinin növbəti iclası mayın 25-də keçiriləcək. Bu sammitdə anlaşmanın uzadılıb-uzadılmaması məsələsi müzakirə olunacaq. Son məlumatlara görə, hazırda OPEC anlaşma şərtlərinə 94%, qeyri-OPEC ölkələri isə 60% əməl edib. Ən az hasilatı azaldan ölkələrdən biri isə məhz Rusiyadır. O, 300 min barel əvəzində hasilatı fevral ayının yekunlarına əsasən 121 min barel azaldıb və öhdəliyinə 40% əməl edib. Bununla yanaşı, Rusiya ixracını 66 min barel/gün artırıb.

 

A.Novak həmçinin ABŞ-da gündəlik hasilatı ilə bağlı artım proqnozunu 300-400 min barel/gündən 400-500 min barel/günə yüksəldib.

 

© Report

03.03.2017 10:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ