Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda 120 ton istehsalı planlaşdırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 120 ton istehsalı planlaşdırılır

2017-ci ildə Azərbaycanda barama istehsalının həcmi 120 ton təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

 

Reklam_3_11

“2019-cu ildə istehsal həcmini 1,2 min tona çatdımaq planlaşdırılır”, - deyə məlumatda deyilir.

 

Xəbər verildiyi kimi, 2016-cı ildə Azərbaycanda 70 tondan artıq barama istehsal olunub.

 

PAMBIQDA HƏDƏF 200 MİN TONDUR

 

2017-ci ildə Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda pambıq yığımının 2,3 dəfə - 200 min tonadək artımını proqnozlaşdırır.

 

“Cari il pambıq əkinlərinin sahəsi 100-120 min hektara çatdırmaq və pambıq istehsalını 200 min tonadək artırmaq planlaşdırılır”, - deyə nazirlikdən qeyd olunub.

 

2017-ci ildə Azərbaycanın 27 rayonunda pambıq yığımı nəzərdə tutulur.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə 52,1 min hektardan 87,3 min ton pambıq yığılıb, bu da 2015-ci ilin göstəricisindən 2, 5 dəfə çoxdur. 

 

© İnterfaks-Azərbaycan

03.03.2017 10:26

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ