Hesab.az– dan tələbələrə təcrübə imkanı

® Fevralın 28-də ADA Universitetində “İstedadlarla karyera yolları arasında körpü” devizi altında “Karyera yarmarkası” təşkil olunub.

 

“Karyera həftəsi”ndə ümumilikdə 12 dövlət və 100-dən çox özəl qurum məşğulluq bazarında olan iş yerlərini təqdim edir.“Karyera yarmarkası”-da təmsil olunan dövlət qurumları və özəl şirkətlər ADA-nın tələbə və məzunları üçün təqdimatlar keçirib, gənclərdə məşğulluq bazarı barədə təsəvvür yaradıb, onlara uğurlu karyera barədə məsləhətlər verib və işçi qüvvəsi axtarıblar.

 

Hesab.az  həmişə təhsil, karyera ilə bağlı layihələrə maraqla yanaşmış, yaxından iştirak etmişdir. “Karyera yarmarkası”- da iştirak edən Hesab.az əməkdaşları öz iş təcrübələrini iştirakçılar ilə bölüşdülər və onların  suallarını cavablandırdılar. Eyni zamanda Goldenpay şirkəti – Hesab.az saytında tələbələr üçün Sosial Media, Məhsulların inkişafı, İT, Maliyyə, İnsan Resursları, Dizayn, Marketinq sahələri üzrə təcrübə proqramlarına qoşulmaq imkanı yaratdı. Tələbələr öz məlumatlarını daxil edərək müraciət anketləri doldurdular. Tələbələrə yaddaş kartı, qeyd dəftərçələri və sair hədiyyələr verildi. Qeyd edək ki, hazırda müxtəlif şöbələr üzrə 3 aylıq təcrübə proqramı ilə Hesab.az –da təcrübə keçmiş tələbə və ya məzunlardan artıq Hesab.az komandasının üzvləri olanlar  var.

 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

 

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

11 Mart 2019 , 10:57   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin