100-dən artıq yerli şirkətin tanıtım sərgisi keçiriləcək

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Marsol şirkətinin birgə təşkilatçılığı ilə 15 Mart 2019-cu il tarixində "Caspian Business Hotel"də (Nərimanov ray., Ə. Qaibov küç. 1222, AZ1093) “Partners & Business” sərgi-konferansı keçiriləcəkdir.

 

Konfedrasiyadan "Marja"ya daxil olmuş məlumata görə,15 Mart 2019-cu il tarixində saat 10:00-17:00 arası baş tutacaq sərgidə 100-dən artıq yerli şirkətlərin tanıtım sərgisi, B2B Görüşlər, canlı musiqi, video-foto çəkiliş və mükafatlandırma mərasimi olacaq. Sərgini ziyarət etmək ödənişsizdir.

 

Həmçinin həmin gün (15 mart 2019) saat 17:00-da 600-ə qədər sahibkarın iştirakı ilə sərgi-konfrans baş tutacaq. Sərgi-konfransda dövlət orqanlarının, sosial tərəfdaşların, elm-təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı planlaşdırılır.

 

Baş tutacaq tədbirdə bir sıra çıxışlar nəzərdə tutulur. Belə ki, Təbriz Hacınski “Müəssisələrin kadr idarə etməsində profaylinq sistemini necə tətbiq etmək olar?”, Vüqar Poladov “İdarəçilərin və sahibkarların bilməli olduğu maliyyə” və Sakit Səmədov “Nəzarət üçün sistemləşmə, sistemləşmə üçün nəzarət”, mövzularında çıxışlar edəcəklər.

11 Mart 2019 , 11:41   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin