Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycandan Gürcüstan iqtisadiyyatına 240 milyon dollar investisiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan Gürcüstan iqtisadiyyatına 240 milyon dollar investisiya

Azərbaycan 2018-ci ildə Gürcüstan iqtisadiyyatına 240 mln. ABŞ dolları məbləğində investisiya qoyub. 

 

Reklam_3_11

Bu barədə qonşu ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

 

Sənəddə deyilir ki, xarici investisiyalarda Azərbaycanın payı 19,5% təşkil edib və ölkəmiz 2015-ci ildən etibarən "Gürcüstanın bir nömrəli investoru" adını qorumaqdadır. 

 

Bununla belə, 2017-ci illə müqayisədə Azərbaycanın qonşu ölkənin iqtisadiyyatına yatırdığı investisiyaların məbləğində 1,9 dəfə və yaxud 48,3% azalma qeydə alınıb. 

 

Azərbaycandan sonra Gürcüstana ən çox sərmayə qoyan ölkələr Böyük Britaniya ( 203,7 mln. dollar) və Niderland (167,9 mln. dollar) olub. 

 

Ötən il Gürcüstanda xarici investisiyaların ümumi məbləği 1 232,4 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 34,9% azdır. Azalmanın əsas səbəbləri boru kəməri layihəsinin başa çatdırılması, bəzi şirkətlərdə mülkiyyət hüququnun qeyri-rezidentdən rezidentə transferi və qeyri-rezident birbaşa investorların öhdəliklərinin azalmasıdır.

 

Hesabat dövründə Gürcüstanda ən çox sərmayə yatrılan sahələrin ilk üçlüyünə maliyyə (277,9 mln. dollar), nəqliyyat (209,9 mln. dollar) və energetika (157,2 mln dollar) sektorları daxil olub. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

11.03.2019 09:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ