Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Turistlərin yemək xərci - Azərbaycan bahalı ölkələr siyahısında

iç səhifə xəbər başlığı altı (mobil)_31
Turistlərin yemək xərci - Azərbaycan bahalı ölkələr siyahısında
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda iki turistin yemək xərci Türkiyədən 40%, Gürcüstandan 20% bahadır.

 

Reklam_3_11

Turistlərin qiymətlərlə bağlı çox istifadə etdiyi NUMBEO internet portalı iki nəfərin restorandakı nahar qiymətlərini araşdırıb və bununla bağlı dünya ölkələrinin renkinqini hazırlayıb.

 

Renkinqdə Azərbaycanın da adı var.

 

Renkinqə görə, orta səviyyəli restoranda iki nəfərin üç növ yemək yeməsi üçün Azərbaycanda 23.5 dollar tələb edilir. Bu, hazırkı məzənnə ilə 40 manat edir.

 

Regionun turizm ölkələri ilə müqayisədə, Azərbaycanda qiymətlər 20-40% bahadır. Məsələn, həmin göstərici Gürcüstanda 18.7 dollardır, yəni bizdən təxminən 20% ucuzdur. Türkiyədə  isə bu göstərici 14.7 dollardır, yəni Azərbaycandakı qiymətlərdən 40% daha ucuzdur.

 

Ümumilikdə, sayt 86 ölkənin reytinqini hazırlayıb. Bu sıralamada Azərbaycan 55-ci, Gürcüstan 69-cu, Türkiyə 77-ci yerdədir.

 

Turizim sektorunun nümayəndəsi Oktay Xankişiyev ictimai iaşə obyektlərində turistlərə xidmətlərin şişirdilmiş qiymətlərlə təqdim olunduğunu deyir:

 

“10-20 manatlıq xidmətlər turistlərə 100-200 manata satılır. Turizm şirkətlərinin nəzarətində olsaydı, bu hadisələr baş verməyəcəkdi. Çünki biz onların təkrar Azərbaycana gəlməsində maraqlıyıq”.

 

Qeyd edək ki, renkinqdə turistlər üçün ən bahalı menyu İsveçrə və İslandiyadadır, burada iki nəfərlik yemək 98-99 dollara başa gəlir.

 

Ölkələrin ümumi renkinqində Azərbaycanın yeri belədir: 

 

© Oxu

11.03.2019 11:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ