“Qara bazar” azalırsa, banklar nə üçün dollar satmırlar?!
Əhali “qara bazar”a qarşı aparılan mübarizə tədbirlərnin nəticəsini hiss etmir. “Marja”nın məlumatına görə, “qara bazar”a dollar ötürür” adı ilə bir neçə bankirin işini itirməsinə, onlarla dollar alverçisinin həbs edilməsinə, Bakının bir çox nöqtəsində “qara bazar”ın fəaliyyətni dayandırmasına baxmayaraq banklar dollar satışını bərpa etmirlər.
Banklar iddia edirdilər ki, onlar “qara bazar” olduğuna görə əhalidən dollar ala bilmirlər. Belə ki, “Qara bazar”ın alış məzənnəsi banklardan yüksək olduğundan əhali dolları alverçilərə satır.
Bu gün “qara bazar” xeyli azalıb, onların çoxu bu işlə məşğul olmaqdan qorxurlar. Manata ehtiyacı yaranan vətəndaşlar da dollarını satmaq üçün banklara üz tutmağa başlayıblar. Bankların filiallarında olarkən xeyli dollar satanların olduğunu müşahidə edirsən.
Əgər “qara bazar” azalırsa, əhali dolları banklara satırsa, bəs nə üçün banklar az məbləğlərdə də olsa dollar satmırlar?!
Ehtimal ki, bankların və bank filiallarının rəhbərləri aldıqları dollarları özlərinin yaxşı tanıdıqları müştərilərə nisbətən daha yüksək məzənnə ilə satırlar ya da daha gizli şəkildə fəaliyyət göstərən “qara bazar”a ötürülər.
Banklar, “hərracdan dollar ala bilmirik”, “kassada olan dolları əmanətçilərə veririk”, “dolları ticarət ilə məşğul olan müştərilərimizə satırıq ” və.s kimi bəhanələr ilə müştəriləri geri qaytarırlar. Bu gün demək olar ki, banklar dollar satmırlar.
MÜBARİZƏ BAŞLADI, DOLLAR QALXDI
Qeyd edək ki, “qara bazar”a qarşı aparılan mübarizə tədbirləri dolların qiymətinin daha da qalxması ilə müşahidə olundu. Mübarizə başlamamışdan əvvəl Dolların satış qiyməti 1.8250-1.83 manat idisə, mübarizədən sonra 1.8450-1.85 manata qalxdı. Bu da mübarizənin faydası!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
14 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
15 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl