Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan Orta Asiya ölkələrinə biogübrələr ixrac edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Orta Asiya ölkələrinə biogübrələr ixrac edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan və Türkiyənin birgə investisiyası ilə Hacıqabul rayonunda yaradılacaq toxum fabrikinin illik istehsal gücü 8-9 min ton olacaq.

 

Bunu açıqlamasında toxum fabrikinin İdarə heyətinin sədri Ramazan Karaşahin bildirib.

 

R.Karaşahinin sözlərinə görə, il ərzində istehsal edilən məhsulun 6200 tonu maye toxum, qalanı isə gübrə tozu olacaq.

 

“Fabrik tam gücü ilə işə başlasa Azərbaycanın toxuma olan ilkin ehtiyacının 48-50%-ni qarşılaya biləcək. Yerli bazara olan tələbatı tam qarşıladıqdan sonra hədəf xarici bazardır. Biz əsasən Qazaxıstan, Türkmənistan, Türkmənistan üzərindən Özbəkistan bazarları ilə danışıqlar aparırıq, hazırda orada reklamlar həyata keçirilir. Bizim üstünlüyümüz budur ki, gübrələrimiz bahalı gübrələrdir. Gələcəkdə biopestisidlərində istehsalını planlaşdırırıq. Xam maddələrin hamısı bioloji olacaq. Bu gübrələrin bitkiyə verildiyi zaman qalıq miqdarı sıfır olacaq. Xarici ölkələrdə də  danışıqlar zamanı maraqlı gələn məhz bu gübrələrdə qalıq miqdarının olmamasıdır”, - deyə sədr vurğulayıb.

 

Fabrikdə istehsal ediləcək toxumun digər üstünlüyünün yerli istehsal olmasını qeyd edən R.Karaşahin xam maddələrin 45-50%-inin yerli, qalan hissəsini isə xaricdən gətiriləcəyini bildirib: “Bu gübrələr 110 növ xammaldan istehsal olunacaq. Bizim toxum istehsalı ilə bağlı rəqabət aparacağımız ölkələr İsrail və Hollandiyadır. Keyfiyyətimiz eyni, qiymətlərimiz isə onların gübrələrindən daha aşağı olacaq. Bu ilin oktyabr ayında fabrikin tam gücü ilə fəaliyyətə başlaması gözlənilir. Çünki həmin dövrdə istixanaların fəaliyyətə başladığı dövrdür. Hər şey planlaşdırıldığı kimi gedərsə 2021-ci ildə ikinci zavodun da istifadəyə verilməsi gözlənilir”.

 

R.Karaşahin onu da əlavə edib ki, toxum fabrikinin nizamnamə kapitalı 857 min dollardır. Bunun 257 min dolları Türkiyə, 600 min dolları isə Azərbaycan tərəfinə məxsusdur. Pay bölgüsünə gəlincə, 70%-i Azərbaycanın, 30%-i isə Türkiyənin payına düşür: "Fabrik işə düşdükdən sonra xam maddələrin alışı üçün 1 mln. dollar da maliyyə cəlb olunacaq ki, bununla da nizamnamə kapitalı 2 mln. dollara çatdırlıacaq".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

11.03.2019 14:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ