Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“AXA Mbask”dan Palatanın məhdudiyyət qərarı barədə açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AXA Mbask”dan Palatanın məhdudiyyət qərarı barədə açıqlama

“AXA Mbask” Sığorta Şirkəti ASC-nin lisenziyası məhdudlaşdırılıb, ancaq qısa zamanda bərpa olunması nəzərdə tutulur.

 

Reklam_3_11

Bunu  açıqlamasında şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşid Rəsulov bildirib.

 

“Sığorta polisləri tərtib edərkən müəyyən texniki səhvlər olduğundan lisenziyamız məhdudlaşdırılıb. Şirkət hal-hazırda bu məsələ üzərində çalışır, qısa zamanda lisenziyamız bərpa olunacaq”, - deyə R.Rəsulov əlavə edib.

 

Qeyd edək ki, “AXA Mbask” Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) və icbari sığorta qanunlarına uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətə verilmiş icrası məcburi göstəriş - Təqdimata vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 05 mart 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

 

Xatırladaq ki, “AXA Mbask” Sığorta Şirkəti ASC 1992-ci ildən fəaliyyət göstərir.  2018-ci ilin fevral ayında AXA azərbaycanlı iş adamı Elxan Qəribli ilə Azərbaycandakı əməliyyatlarının satşıına dair müqavilə imzalayıb. Şərtlərə əsasən, Elxan Qəribli AXA-nın Azərbaycandakı törəməsi - "AXA MBASK"ın 100% səhmlərini alacaq. Sövdələşmənin bir neçə ay ərzində başa çatdırılması nəzərdə tutulur.

 

Şirkətin yeganə səhmdarı “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” (İspaniya) şirkətidir. Nizamnamə kapitalı 23 933,828 min manata bərabərdir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

11.03.2019 14:41

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ